Yuxarı

Erməni generalın Qarabağ açıqlamasına polkovnikdən - Cavab

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni generalları bir qədər məsuliyyətli və ciddi olmalıdırlar ki, dedikləri sözlərin arxasında dura bilsinlər. Azərbaycan tərəfindən bu bəyanatlara qarşı sərt və amansız cavab verilə bilər.

Bu sözləri Axar.az-a Rusiya-Ermənistan birləşmiş ordu qruplaşmasının rəhbəri general Tiqran Pərvanyanın ehtiyac olacağı təqdirdə Rusiya-Ermənistan birləşmiş ordu qruplaşmasının Qarabağda qarşısına qoyulacaq tapşırıqları icra etməyə qadir olması ilə bağlı açıqlamasına münasibət bildirən ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib. O bildirib ki, zaman-zaman erməni komandirləri belə absurd bəyanatlar səsləndirir:

“Bu, əlbəttə ki, erməni generalının xam xəyalıdır. Rusiya-Ermənistan ordu birləşməsinin Azərbaycana qarşı Qarabağda döyüşmək səlahiyyəti yoxdur. Buna Rusiya da imkan verməz. İlk növbədə ona görə ki, Rusiyanın beynəlxalq vəziyyəti onsuz da Ukrayna və digər məsələlərə görə çox gərgindir. Azərbaycanla münasibətləri isə sürətlə inkişaf edir və bu əlaqələri gərginləşdirməyi, növbəti bir ölkənin daxili işlərinə qarışmaqla əlavə başağrısını istəməz. Ona görə də Rusiyanın Qarabağ ərazisinə bir əsgərini belə buraxacağını düşünmürəm”.

Ü.Cəfərov vurğulayıb ki, Rusiya-Ermənistan birləşmiş qruplaşması Ermənistanın öz ərazisinə hansısa təhlükə olacağı təqdirdə hərbi müdaxilə edə bilər:

“Bu qoşunun öhdəlikləri və nizamnaməsi var, Rusiya açıq şəkildə bəyan edib ki, yalnız Ermənistan üçün hansısa təhlükə yaranacağı təqdirdə bu birləşmiş qrup dəstək verə bilər. Nəzərə alın ki, bu qruplaşmanın komandanlığı dinc dövrdə Ermənistanın, müharibə şəraitində isə Rusiyanın nəzarətinə keçir. Yəni qruplaşmanı savaşa yalnız və yalnız Rusiya apara bilər. Ona görə də erməni generalı səlahiyyətinə aid olmayan bir məsələdən danışır və bu, sırf daxili auditoriya üçün, erməni əhalisini sakitləşdirmək naminədir”.

Polkovnik vurğulayıb ki, vaxtaşırı olaraq bununla bağlı Rusiyanın mövqeyi bildirilib:

“Hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da bir neçə dəfə bəyanat yayaraq, Dağlıq Qarabağın qurumun nizamnaməsində nəzərədə tutulan tələb və ərazilərdən kənarda olduğunu açıq şəkildə elan edib. Buna baxmayaraq, Ermənistanın bəzi hərbçiləri yenə də KTMT və erməni-rus birləşmiş hərbi qrupunun adından ağıllarına gələni danışırlar”.

Ü.Cəfərov Ermənistanın belə cəfəng açıqlamalarla təsəlli tapmaqdansa, ciddi nəticələr çıxarmalı olduğunu qeyd edib:

“Erməni generallarının, hər hansı siyasətçisinin sarsaq bəyanatı bizi hədəfimizdən yayındıra bilməz. Ermənistanın siyasətçiləri də, hərbçiləri də anlamalıdır ki, Azərbaycan öz ərazisində antiterror əməliyyatına hər an başlamaq haqqına sahibdir və Ermənistanın əvəzinə, 90-cı illərdə olduğu kimi, daha kimlərlə gəlib döyüşməyəcək. Bu müharibə başlayarsa, özləri döyüşməli olacaqlar. Onların isə Azərbaycan Ordusunun qarşısında necə davam gətirə bildiyini Aprel savaşında gördük”.

Qeyd edək ki, bu gün Rusiya-Ermənistan birləşmiş ordu qruplaşmasının rəhbəri general Tiqran Pərvanyan jurnalistin “bu ordu qruplaşması Qarabağda Azərbaycanın hücumunun qarşısını almaq üçün istifadə edilə bilərmi?” sualına belə cavab verib:

“Hadisələrin necə inkişaf edəcəyini biz bilmirik. Əlbəttə, bilirik ki, potensial düşmənimiz kimdir və hansı silahları var. Hadisələrin necə inkişaf edəcəyini qabaqcadan söyləmək olmaz. Mən sadəcə onu deyə bilərəm ki, əgər ehtiyac olsa, birləşmiş qruplaşma tapşırıqları icra etməyə hazırdır”.

Tarix
2018.10.12 / 15:24
Müəllif
Firuzə, İlkin
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla