Yuxarı

İrəvanın ermənilərə verilməsinin 100-cü ili - AŞPA-da müzakirə

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük üzüntü ilə qeyd etmək istəyirəm ki, bu il qədim İrəvan bölgəsinin zorla Azərbaycandan alınaraq, Ermənistana verilməsinin 100 ili tamam olur.

Axar.az xəbər verir ki, bu gün millət vəkili, AŞPA Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva AŞPA-da azərbaycanlılarının 1948-53 və 1988-ci illərdə öz ata-baba torpaqlarından, yəni bugünkü Ermənistandan deportasiya edilməsi məsələsini qaldırıb. Millət vəkili AŞPA-da önəmli çağırışlar edib:

“Əziz dostlar, 2018-ci il Azərbaycan tarixi üçün böyük önəm daşıyan bir hadisənin 100-cü ildönümü ilə yadda qaldı. Bütün müsəlman şərqində ilk dəfə Azərbaycanda qurulan cümhuriyyətin və parlamentin 100-cü ildönümünü dünyanın əksər beynəlxalq təşkilatlarının rəsmi nümayəndələri, onlarla xarici ölkənin yüksək vəzifəli təmsilçiləri ilə birlikdə qeyd etdik. Azərbaycan düz 100 il əvvəl qadınlara seçmək və seçilmək haqqını verəndə dünyanın əksər ölkələrində qadınlar bu haqlara malik deyildilər”.

Millət vəkili vurğulayıb ki, XIX və XX yüzilliyin əvvəllərində ermənilərin Cənubi Qafqazda yerləşdirilməsi prosesini çar hökumətinin mötəbər arxivləri əsasında öyrənmiş rus araşdırıcısı N.Şavrov 1911-ci ildə nəşr etdirdiyi “Qafqazda Rusiya işinə yeni təhlükə” adlı kitabda göstərirdi ki, XX yüzilliyin əvvəllərində Qafqaza yaşayan 1 milyon 300 min erməninin 1 milyonu Qafqaza ruslar tərəfindən köçürülüb:

“1931-ci ildə Moskvada nəşr edilmiş Zaqafqaziya xəritəsində Ermənistan ərazisindəki coğrafi adların 78,1 faizi Azərbaycan, yalnız 3,45 faizi erməni mənşəlidir. Amma Ermənistan rəsmiləri uzun illər etnik təmizləmə siyasəti aparmaqla bərabər, azərbaycanlılara məxsus tarixi-mədəni abidələri də məhv ediblər”.

Millət vəkili bildirib ki, 1948-ci ildə Ermənistandan yüzminlərlə azərbaycanlının deportasiyasının 70-ci ilinin tamam olması da unudulmamalıdır:

“Ermənistan rəhbərliyinin törətdiyi bu dəhşətli cinayətlərə beynəlxalq ictimayyətin ciddi təzyiqlərinin olmaması yeni cinayətlərin əsasını qoydu. Böyük qəlb ağrısı isə qeyd etməliyəm ki, 1988-ci ildə Ermənistan rəhbərliyi dəhşətli bir etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları evlərindən zorla qovdu. Bütün dünyanın gözləri qarşısında baş verən bu dəhşətli cinayətin bu il 30 ili tamam olur. Bu günə qədər də onminlərlə azərbaycanlı qaçqının öz evlərinə dönə bilməsi haqları Ermənistan tərəfindən tanınmır. Təşkilatımızı bu məsələləri də gündəmdə saxlamağa və o insanların səslərini duymağa çağırıram”.

Tarix
2018.10.12 / 15:42
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla