Yuxarı

ABŞ-ın Qarabağın həlli üçün Nikola təklif etdiyi plan - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:40

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun İrəvana səfəri zamanı Ermənistana Dağlıq Qarabağ konfliktinin həll formulu təklif edilib. Bu formula əsasən, Azərbaycanın işğal edilmiş ərazilərində İrana təzyiq üçün ABŞ bazaları yaradılacaq.

Axar.az xəbər verir ki, bunu “Rossiya 1” televiziyasında yayımlanan “Vladimir Solovyevlə axşam” verilişində çıxışı zamanı Xəzər Əməkdaşlığı İnstitutunun Baş direktoru Sergey Mixeyev deyib. Onun sözlərinə görə, Ermənistanda məxməri inqilab Vaşinqtonun rəhbərliyi ilə reallaşdırılıb:

“Ermənistanda indi hakimiyyət dəyişikliyinin amerikalılarla əlaqəli olmadığı deyilir. Bu, əslində belə deyil. Hər kəsə aydındır ki, Ermənistanda ABŞ-ın himayəsində olanların sayı çoxdur.

ABŞ-a hazırda İrana qarşı hərbi təzyiq üçün plasdarm lazımdır. Məhz bunun üçün onlar Dağlıq Qarabağ konfliktinin həllində fəaliyyətlərini aktivləşdiriblər. Onların Qarabağın həlliylə bağlı öz planları var. Əvvəlcə işğal edilmiş rayonlar qaytarılacaq. Bundan sonra buraya ABŞ-ın sülhməramlı qüvvələri yeridiləcək. Bu da İrana təzyiq üçün mövqe olacaq.

İrəvanın buna gedib-getməyəcəyi bilinmir, amma Boltonun səfəri zamanı Ermənistan bu təklif edilib”.

Tarix
2018.11.06 / 11:52
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla