Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Yanvar 2019


İrəvanın KTMT-dəki cəhdi fiaskoya uğradı - Millət vəkili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan xarici siyasətində növbəti uğursuzluğa düçar oldu.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, noyabrın 8-də Qazaxıstanın paytaxtı Astana şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkliatının (KTMT) növbəti sammitinə çoxlarının diqqəti yönəlmişdi:

“Gündəlikdə bir sıra məsələlərlə yanaşı təşkliatın boşalan baş katib vəzifəsinə seçkilər də nəzərdə tutulmuşdu. Vəzifəni rotasiya ilə Ermənistan nümayəndəsi Yuri Xaçaturov tuturdu. Ancaq öz ölkəsində onun adı ağır cinayətlərdə keçdiyinə görə təşkliat onu vəzifəsindən vaxtından əvvəl azad etməli oldu. Ermənistan onun rotasiya müddətinə düşən və istifadə edilməmiş bir il müddətinə öz nümayəndəsini seçməyi təklif edirdi. Ancaq sammit başqa qərara gəldi. Ermənistanın bütün səylərinə baxmayaraq növbəti erməni generalı baş katib ola bilmədi. Məsələnin həlli sonraya saxlanılsa da əsas motiv bir ilə yeni baş katibin layiqincə işləyə bilməməsi oldu”.

Millət vəkili vurğulayıb ki, Ermənistan beş müttəfiq dövləti öz arqumentinə inandıra bilmədi:

“Ermənistanın öz milli maraqlarını beynəlxalq hüquqdan üstün tutmaq cəhdi fiaskoya uğradı. Olay göstərdi ki, Ermənistanın beynəlxalq təşkliatlarda nüfuzu aşağıdır, onun prinsipial xətti ümumi maraqların əksinə gedir. Bu belə də olmalı idi. Əsas məsələ cinayətkar hakimiyyəti dəyişməkdən başqa, həm də onun siyasi xəttini dəyişməkdir. Ermənistan isə bunu etməyə çəkinir. Deməli, Ermənistanın ümummilli böhranı daha da dərinləşəcəkdir”.

Qeyd edək ki, Paşinyan 2020-ci ildə səlahiyyəti bitəcək Y.Xaçaturovun vaxtından əvvəl geri çağırılmasına nail olmaqla bərabər, onun yerinə Vaqarşak Arutyunyanın namizədliyini irəli sürüb.

Rotasiya qaydasında baş katiblik hüququ çatan Belarus isə artıq namizədini təqdim edib. Bu, Bakıda təhsil alan general Stanislav Zasdır.

Tarix
2018.11.09 / 15:19
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Vaxtilə de Qol Əlcəzairdə, indi Nikol Qarabağda... - Daniyelyan

Bakıdan Rusiyaya cavab: Bu tərzdə danışıq qəbuledilməzdir!

Zimbabve prezidenti Azərbaycana gəldi

Rusiya XİN-dən Bakıya qarşı – Yeni bəyanat

Gəncəliyevdən Babayana cavab: Yeni deyil...

Avropa sorosçularının Bakıya hücumu başladı

Sərkisyan Qarabağda təxribat hazırlayır – Nikola təzyiq

Bakı ilə əlaqələri lazımsız əsəbilikdən yayınaraq… - Karasin

Şeyxülislam Abdulatipovla görüşdü

Bakı-Aİ müzakirəsi zamanı bu qərəzli "qətnamə"... - Seyidov

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla