Yuxarı

Ermənistan KTMT-dəki etibarını itirib – Analitik

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astanada keçirilən zirvə bir daha göstərdi ki, Ermənistan KTMT-da etibarını itirib və üzv dövlətlər bu ölkənin daha bir nümayəndəsini təşkilatın idarəçiliyində görmək istəmir.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Ehtiram Aşırlı deyib. O bildirib ki, Xaçaturovun vəzifədən kənarlaşdırılması Rusiyanın Ermənistanın indiki hakimiyyətinin dəstəklənməsi anlamına gəlmir və bu ölkənin siyasi uğuru deyil:

“Ermənistan hakimiyyəti hər zaman KTMT-yə üzv ölkələrə Azərbaycanla əlaqələri inkişaf etdirməməsi üçün təsir etməyə çalışıb. Lakin rəsmi İrəvanın bu cəhdləri boşa çıxdı, çünki Azərbaycan iqtisadi və hərbi sahədə əməkdaşlıq üçün daha sərfəli ölkədir. Beynəlxalq münasbətlər üzrə ekspert Yevgeni Mixaylov hesab edir ki, bundan sonra erməni nümayəndələrinin bəyanatlarına KTMT-da başqa cür yanaşacaqlar. Onun sözlərinə görə, indi vəziyyət dəyişib və heç də Ermənistanın lehinə deyil”.

Analitik vurğulayıb ki, rəsmi Moskvanın kəskin reaksiyası vəziyyəti daha da mürəkkəbləşdirib:

“Orada hesab edirlər ki, Ermənistan əvvəlcə Yuri Xaçaturovu qurumun baş katibi vəzifəsindən geri çağırmalı və yalnız bundan sonra ona qarşı cinayət təqibi başlatmalı idi. Yaranmış vəziyyət isə strukturun nüfuzuna xələl gətirib. İndi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yeni baş katib seçməlidir. Bununla bağlı çox güman ki, son qərar 6 dekabr tarixində Sankt-Peterburqda veriləcək”.

Qeyd edək ki, Paşinyan 2020-ci ildə səlahiyyəti bitəcək Y.Xaçaturovun vaxtından əvvəl geri çağırılmasına nail olmaqla bərabər, onun yerinə Vaqarşak Arutyunyanın namizədliyini irəli sürüb. Onun bu istəyinə Astana sammitində etiraz edilib. Rotasiya qaydasında baş katiblik hüququ çatan Belarus isə artıq namizədini təqdim edib. Bu, Bakıda təhsil alan general Stanislav Zasdır.

Tarix
2018.11.09 / 16:41
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla