Yuxarı

Avropa İttifaqının diplomatı Azərbaycana gəlir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in 25-ci Nazirlər Şurası çərçivəsində Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.

Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilb.

E.Məmmədyarov Aİ-nin xüsusi nümayəndəsini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri ilə baş tutmuş son görüş barəsində məlumatlandırıb. O, münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Helsinki Yekun Aktına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu qeyd edərək, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi və ərazi əldə edilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb.

E.Məmmədyarov Aİ-nin münaqişənin həllinə, o cümlədən işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması və yüz minlərlə Azərbaycanlı məcburi köçkünün öz yurd-yuvalarına qayıtmasına dəstəyinin olduqca faydalı olduğunu bildirib.

Xüsusi nümayəndənin bölgəyə nəzərdə tutulan növbəti səfəri müzakirə edilib və yaxın gələcəkdə Aİ rəsmisi ilə Bakıda görüşmək məmnuniyyəti ifadə edilib.

Tarix
2018.12.06 / 23:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla