Yuxarı

Ermənistanda seçkinin yekun nəticəsi açıqlandı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.12.09. 22:50

İnternet üzərindən onlayn səsvermədə Nikol Paşinyanın rəhbərlik etdiyi Mənim Addımım Bloku qalib gəlib.

Axar.az xəbər verir ki, Mənim Addımım Bloku 504 səsdən 393-nü alıb.

Qeyd edək ki, seçki məntəqələri saat 20:00-da bağlanıb və hazırda səslərin sayılması prosesi gedir. Seçkidə cəmi 48,63% seçici iştirak edib.

Nəticələr gecə yarısından elan olunmağa başlayacaq.

***

İlk seçki məntəqəsinin nəticələri elan olunub. İrəvanda yerləşən 9/49 məntəqəsinin nəticəsinə görə, Paşinyanın Mənim Addımım Bloku 59,02% (376 səs) toplayıb.

İkinci yerdə Respublikaçılar Partiyası gəlir – 11,61% (74 səs).

Sonrakı yerlər belədir:

İşıqlı Ermənistan – 10,36% (66 səs)

Sasna Çrer – 4,39% (28),

Vətəndaş Qərarı - 3,61% (23),

Daşnaksütyun -3,29% (21),

Biz– 3,29% (21),

Çiçəklənən Ermənistan – 2,19% (14),

Xristian-Xalq – 7 səs,

Orinets Yerkir– 6 səs,

Milli İrəliləyiş - 1 səs.

Qeyd edək ki, müşahidəçilər Mənim Addımım Blokunun 80% civarında səs toplayacağını güman edir, Sərkisyanın Respublikaçılar Partiyasının isə parlamentə düşmə ehtimalını zəif qiymətləndirirdi.

***

Mərkəzi Seçki Komissiyası bülletenlərin 100%-nin (2010 seçki məntəqəsi) nəticələrini elan edib:

1. Mənim Addımım – 70,43%

2. Çiçəklənən Ermənistan – 8,27%

3. İşıqlı Ermənistan – 6,37%

4. Respublikaçılar Partiyası – 4,7

5. Daşnaksütyun – 3,89%

6. Biz – 2%

7. Sasna Çrer – 1,82%

8. Orinats Yerkir – 0,99%

9. Vətəndaş Qərarı – 0,68%

10. Xristian Demokrat – 0,51%

11. Milli İnkişaf – 0,33%

Qeyd edək ki, Ermənistanda partiyalar üçün baraj 5%, blok üçün isə 7%-dir. Bu nəticə ilə Ermənistanın yeni parlamentində yalnız 3 qüvvə - Mənim Addımım Bloku, Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan partiyaları təmsil olunacaq.

Tarix
2018.12.10 / 08:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla