Yuxarı

Amerikalı direktor Bakının rolunu yüksək qiymətləndirdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 19-da Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ABŞ-ın Ədliyyə Nazirliyi nəzdində Narkotiklərlə Mübarizə Administrasiyasının Orta Asiya üzrə regional direktoru Vilyam Varenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

DGK-nın mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Axar.az-a bildirilib ki, Komitə sədri Azərbaycan ilə ABŞ arasında mövcud olan strateji əməkdaşlıq və dostluq münasibətlərinin gömrük sahəsində də uğurla inkişaf etdiyini diqqətə çatdırıb. S.Mehdiyev Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi, gömrük sistemində də ciddi islahatların həyata keçirildiyini bildirib. O, bu islahatlar nəticəsində daha çevik və dinamik gömrük xidmətinin formalaşdığını diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanın tranzit potensialının artırılması, beynəlxalq ticarətin sürətli, təhlükəsiz və asan həyata keçirilməsi məqsədilə qarşıya qoyulan hədəflərin reallaşdırılması üçün gömrük sisteminin fəlsəfəsi nəzarətdən xidmətə doğru dəyişdirilib.

Şəffaflığın təmin edilməsi, gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən danışan Komitə sədri görülən işlərin nəticəsi kimi, bu ilin müvafiq dövründə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində də ciddi nailiyyətlərin qazanıldığını vurğulayıb. Diqqətə çatdırılıb ki, bu il Azərbaycanın gömrük orqanları 1 ton 200 kiloqrama yaxın narkotik vasitəni dövriyyədən çıxarıb. Bu istiqamətdə bundan sonra da qətiyyətli addımlar atılacaq.

S.Mehdiyev ümidvar olduğunu bildirib ki, 2019-cu il aprelin 16-18-də Bakıda keçiriləcək Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans bu sahədə beynəlxalq müstəvidə görülən işlərə mühüm töhfə verəcək.

V.Varen narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində Azərbaycanın gömrük orqanları tərəfindən həyata keçirilən tədbirləri, əldə edilən nailiyyətləri yüksək qiymətləndirib. Vurğulanıb ki, Bakıda keçiriləcək Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans bu sahədə beynəlxalq əməkdaşlığın güclənməsinə, mübarizə tədbirlərinin səmərəliliyinin artırılmasına şərait yaradacaq.

Tarix
2018.12.19 / 21:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəndlərin qaytarılmasını alqışlayırıq - Mişel

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla