Yuxarı

Ermənilərlə dialoqa hazırıq - Gəncəliyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərlə dialoqa hazırıq - Gəncəliyev

Biz “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin fəaliyyətini daha da aktivləşdirməyə çalışacağıq. Azərbaycanın daxilində, xüsusilə də ölkə xaricində keçiriləcək tədbirlərdə - beynəlxalq konfranslarda, simpoziumlarda aktivliyimizi artıracağıq. Ermənilərin yalan məlumatlarının ifşa edilməsi istiqamətində işlərimiz davam etdiriləcək.

Bunu Report-a açıqlamasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin yeni sədri Tural Gəncəliyev deyib.

T.Gəncəliyev qeyd edib ki, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi ermənilərlə dialoqa hazırdır: "Təəssüflər olsun ki, Ermənistanda Serj Sarkisyan rejimi buna imkan yaratmırdı. Ümid edirik ki, yeni mərhələdə münaqişənin tənzimlənməsi prosesində erməni icması ilə təmaslar quracağıq, konstruktiv dialoqa başlayacağıq. Əsas məqsədimiz Azərbaycanın torpaqlarını işğaldan azad etmək, məcburi köçkünlərin doğma yurdlarına qayıtmasını təmin etmək, dağıdılmış tarixi, mədəni, dini abidələri bərpa etməkdir. Bizim doğma yurdlarımıza qayıdaraq erməni icması ilə birlikdə yaşamaq əzmimiz var, buna daim hazırıq. Təbii ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün ola bilər”.

Xatırladaq ki, bu il dekabrın 20-də Birliyin II qurultayı keçirilib. Qurultayda Birliyin (İcmanın) yeni İdarə Heyəti təsdiqlənib. Qurultayın qərarına əsasən, Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev icmanın sədri, Asif Cahangirov və Elçin Əhmədov isə sədr müavinləri vəzifəsinə seçiliblər. Birliyin T.Gəncəliyevdən əvvəl isə sədri Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov olub.

Tarix
2018.12.25 / 16:41
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla