Yuxarı

Millət vəkilindən rektora dəstək: Açıq qərəz var

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gündür ki, Azərbaycan Dillər Universittinin rektoru, akademik Kamal Abdulla ilə bağlı bəzi media orqanı və sosial şəbəkələrdə tənqidi fikirlər səslənməkdədir.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Qüdrət Həsənquliyev sağlam, əsaslı tənqidə normal yanaşdığını bildirsə də, akademik Kamal Abdulla ilə bağlı səsləndirilən tənqidlərdə qərəz notlarının açıq şəkildə göründüyünə diqqət çəkdi:

“Kamal Abdulla tanınmış yazar, yaxşı inzibatçı və ziyalı alim kimi Azərbaycanda hörmət edilən şəxslərdən biridir. Bu yaxınlarda onun “Yarımçıq əlyazma” romanı Birləşmiş Krallığın Oxu üzrə Dünya Kitab Klubunda müzakirə edilib. Bu, hər bir azərbaycanlını məmnun edən ilk hadisə idi ki, Azərbaycan ədəbiyyatından əsər seçilmişdi. Onun rektor kimi ADU-da tədrisin səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü işlər təqdir olunmalıdır. Ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələri yaxından izləyən şəxs kimi deyə bilərəm ki, Kamal müəllim rektor təyin olunandan sonra ADU həm qurulan beynəlxalq əlaqələri ilə, həm də keçirilən elmi və ictimai tədbirlələrlə ictimaiyyətin diqqətin cəlb etməkdədir.

Əlbəttə, iş olan yerdə səhvlərin də olması mümkündür. Heç kim səhvlərdən sığortalanmayıb və tənqiddən kənarda qala bilməz. Amma tənqid də gərək əsaslı olsun. Əgər kimsə deyirsə ki, universitetin əksər məzunları ingiliscə danışa bilmir və o dediklərində haqlıdırsa deməli, tədrisin keyfiyyətinin artırılması üçün ciddi işlər görülməlidir. Hansı ki, Kamal Abdulla da bu işlə məşğuldur. Ona görə onu tənqid edənlər kimi tənqid etdiklərinin fərqində olmalı və çalışmalıdırlar ki, qərəzli görünməsinlər. Tənqid gözdən salma xarakterli olmamalı, problemlərin həllinə kömək etməlidir.Yeniliklər hər bir sahədə müqavimətlə üzləşir. Kamal müəllim bunu bildiyindən ümid edirəm, o, bütün çətinlikləri dəf edəcək və Prezidentin ona verdiyi dəstəkdən yararlanıb ADU-nu yaxşı mütəxəssislər hazırlayan yüksək reytinqli universitetlərdən birinə çevirəcək”.

Tarix
2019.01.10 / 18:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əskiparaya gedən yol bağlandı: bu gün qaytarılır?

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla