Yuxarı

Zaxarova 1941-də bir almanın SSRİ-yə gəlməsinə necə baxardı?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələrinin rəhbərliyi və birbaşa iştirakı ilə qanunsuz silahlı qruplar Azərbaycan torpaqlarının 20 faizini işğal ediblər. Bəs belə olan halda Ermənistanla müharibə şəraitində olan Azərbaycan tərəfi erməni millətinə sahib şəxslərin ölkəyə daxil olmasına necə reaksiya verməlidir?

Axar.az xəbər verir ki, bu sözləri Moskvada yaşayan azərbaycanlı alim, texniki elmlər doktoru, professor, Azərbaycanın əməkdar elm xadimi Kamran Rüstəmov Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın bəyanatını şərh edərkən deyib.

“Xanım Zaxarova, təsəvvür edin Böyük Vətən müharibəsi illərində sovet torpaqları işğal altında olanda hansısa bir üçüncü ölkədən alman millətinə sahib şəxs ölkəyə gəlmək istəyir. Onunla nə edərdilər? Ən yaxşı halda Sibirə göndərərdilər”, - ekspert bildirib.

Ekspertin sözlərinə görə, bu vəziyyətdə Bakı sadəcə həmin şəxsi nəzakətlə gəldiyi yerə qaytarıb.

“Hər şey normal və düzgündür. Yaxşısı budur, onlar abidə qoyduqları faşist qullarının mədh edilməsindən narahat olsunlar. İkinci Ukrayna təkrarlananda artıq gec olacaq”, - ekspert vurğulayıb.

Qeyd edək ki, 29 dekabr tarixində Azərbaycana daxil olmaq istəyən Rusiya vətəndaşı Kristina Gevorkyan ölkəmizə buraxılmayıb. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məsələni Rusiya vətəndaşlarının hüquqlarının kobud şəkildə pozulması adlandırıb.

Tarix
2019.01.12 / 13:10
Müəllif
Orxan, Əli
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla