Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Mart 2019


Yeni uğurların anonsu verildi: Nələr gözlənilir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ildə Azərbaycanda bütün istiqamətlər üzrə nailiyyətlər əldə edildi.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqini şərh millət vəkili Elman Məmmədov deyib. Deputat 2018-ci ili siyasi, iqtisadi və hərbi baxımdan uğurlu il hesab etdiyini deyib:

“Ötən il Azərbaycan bir çox qonşu və xarici ölkələrlə münasibətlərində mühüm irəliləyişlərə imza atdı. Bir sıra mühüm beynəlxalq müqavilələrin və Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması və burada Azərbaycanın mövqeyinin öz əksini tapması, həmçinin üçüncü peykin orbitə buraxılması xüsusilə təqdir olunmalıdır. Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri və Türkiyədə “Star” neftayırma zavodunun istifadəyə verilməsi isə ötən ilin ən uğurlu iqtisadi nailiyyətlərindəndir. Bütün bunlar qarşıda ölkəni gözləyən yeni iqtisadi uğurların anonsudur”.

Millət vəkili dövlət başçısının müşavirədə Dağlıq Qarabağla bağlı çıxışına da münasibət bildirib:

“Azərbaycan hələ ki, həmsədr və beynəlxalq qurumların təkid etdiyi danışıqlar variantına üstünlük verir. 30 ilə yaxındır ki, aparılan siyasi danışıqlar Ermənistanın qeyri-konstruktivliyi ucbatından nəticə vermir. ATƏT-in Minsk Qrupu illərdir Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir, ancaq əməldə əks mövqe sərgiləyir. Bu günlərdə Qarabağ separatçılarının Amerika peykində “Artsax TV” layihəsi yayıma başlayıb. Eynilə Minsk Qrupununun digər üzvü Fransa da ermənipərəst mövqeyindən geri qalmır. Azərbaycan sözügedən dövlətlərlə münasibətlərdə göstərdiyi səmimiliyin qarşılığını gözləyir. Azərbaycan heç vaxt işğalla barışmayacaq”.

Millət vəkili bildirib ki, həmsədr dövlətlər və beynəlxalq qurumlar riyakarlıqdan əl çəkməsələr, Azərbaycan əlindəki bütün vasitələri işə salacaq:

“Hesab edirəm ki, buna tam səlahiyyətimiz var. Əslində, müşavirədə bu məsələyə bir daha qayıdılması mühüm mətləblərdən xəbər verir. Azərbaycan ötən illər ərzində çox aktiv xarici siyasət yürüdüb və dünyanın aparıcı beynəlxalq qurumları tərəfindən kifayət qədər hüquqi sənəd, qərar və qətnamələrin qəbul edilməsinə nail olub. Bu fonda 2019-cu ildə nəinki bütün sahələr, xüsusilə də Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı gözləntilərimiz çoxdur. Artıq problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yönündə ümidverici bir vəziyyət yaranıb”.

Tarix
2019.01.12 / 14:07
Müəllif
Aygün Yusibova
Şərhlər
loading...
Digər xəbərlər

Babayandan Qarabağla bağlı inanılmaz – Təklif

Əli İnsanovun bu çıxışı biabırçılıqdır – Millət vəkili

Azərbaycanın da səbrinin sərhədi var - Hacıyev

İlham Əliyev BƏƏ-nin enerji naziri ilə görüşdü

İran qazı Ermənistandan Avropaya satılacaq? - Şərh

Məmmədyarov Latın Amerikasına səfərə getdi

İlham Əliyev İrlandiya prezidentinə məktub ünvanladı

Əli İnsanov və Gözəl Bayramlı azadlıqda - Sərəncam

Prezident onları təltif etdi - İki sərəncam

Paşinyan Bakıya iki güclü kart verdi – Təklif

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla