Yuxarı

İsrailə aid böyük sirləri ələ keçirmişik - Həmas

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailə aid böyük sirlərin olduğu avadanlıq və texniki cihazlar ələ keçirmişik.

Axar.az xəbər verir ki, bunu Həmasın hərbi qanadı İzzəddin əl-Kassam briqadasının sözçüsü Əbu Ubeydə deyib. O, təhlükəsizlik məqsədilə məlumatları harada saxladıqlarını açıqlamayacağını söyləyib:

“Düşmən (İsrail) vasitə və təchizatı istifadəyə yararsız hala gətirərək məlumatların yox olduğunu zənn edirdi. Ələ keçirdiyimiz bu məlumat xəzinəsi bizə İsrailə qarşı yeritdiyimiz ağıl savaşında strateji üstünlük qazandıracaq”.

Ubeydə sərhəd məftillərindən içəriyə sızan İsrail qüvvələrinin Xan-Yunis şəhərində əməliyyat həyata keçirmək və təhlükəsizliyi təmin etmək məqsədilə iki qrupa ayrıldıqlarını, ümumilikdə 15 nəfər olduqlarını bildirib.

Qeyd edək ki, bundan əvvəl Fələstin Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliyi İsrail özəl qüvvələrinin Xan-Yunis şəhərinə sızması ilə bağlı İsrailə cəsusluq edən 45 fələstinlinin saxlanıldığını açıqlamışdı.

Tarix
2019.01.13 / 10:12
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla