Yuxarı

Azərbaycan FETÖ-çu generalı istintaqa cəlb etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 2017-cı il iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdinin ardınca Ankaranın istəyi ilə Azərbaycan hüquq-mühafizə orqanları da Fətullah Gülənin şəbəkəsinə (FETÖ) qarşı təhqiqat başladıb.

Virtualaz.org xəbər verir ki, bu təhqiqat çərçivəsində 15 iyul hərbi çevriliş planının lideri hesab edilən ordu generalı, Türkiyə Hərbi Hava Qüvvələrinin keçmiş komandanı Akın Öztürk də dindirilib.

Azərbaycanın prokurorluq orqanları iki ölkə arasında ədliyyə sahəsində qarşılıqlı əməkdaşlıq əsasında Türkiyənin Ədliyyə Nazirliyinə general Akın Öztürkə yönəldilməli olan 10 sual göndərib. Həmin suallar Akın Öztürkün Azərbaycandakı əlaqələri barədə olub.

Türkiyə Ədliyyə Nazirliyinin xarici əlaqələr və Avropa İttifaqı üzrə idarəsi Azərbaycan tərəfinin tələbini Ankara Cümhuriyyət Prokurorluğuna göndərib. Bu tələb əsasında prokurorluq Akın Öztürkü ötən gün yanvarın 12-də saxlanıldığı Sincan F tipli həbsxanadan jandarmanın müşayiəti ilə Ankara Ədliyyəsinə aparıb. Orada prokuror Mustafa Saylam Azərbaycanın ədliyyə orqanlarının göndərdiyi sualları Öztürkə yönəldib. Suallar əsasən Öztürkün Azərbaycandakı əlaqələri barədə olub. 45 dəqiqəyə yaxın dindirmədən sonra Öztürk yenidən Sincan həbsxanasına aparılıb.

Bildirilir ki, Azərbaycanın hüquq-mühafizə orqanları FETÖ təhqiqatı ilə bağlı bu təriqətin gizli strukturları, maliyyə və təhsil sahəsindəki fəaliyyətləri, gizli xəbərləşmə metodları barədə də məlumatları Türkiyə tərəfindən istəyib.

Bu sorğu əsasında Türkiyənin Ədliyyə Nazirliyi Ankara Cümhuriyyət Prokurorluğuna yazılı məktub göndərərək tapşırıb ki, FETÖ-nun Türkiyədəki fəaliyyətləri və strukturu barədə əhatəli dosye hazırlansın, Ədliyyə Nazirliyi vasitəsilə Azərbaycan tərəfinə göndərilsin.

Xatırladaq ki, Ankara Cümhuriyyət Prokurorluğunun hazırladığı ittiham aktına əsasən general Akın Öztürk hərbi çevriliş cəhdi ərəfəsində bəzi xarici ölkələrlə telefon danışıqları aparıb, o cümlədən Azərbaycanda istifadə olunan 99451660.... mobil nömrəsi ilə 2 dəfə danışıb.

Tarix
2019.01.13 / 13:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla