Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 İyun 2019


İlham Əliyev baş katiblə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul edib.

Axar.az xəbər verir ki, Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya, ilk növbədə, dövlət başçısına ötən il prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb. O, eyni zamanda, Ümumdünya Gömrük Təşkilatının baş katibi vəzifəsinə seçkilərdə Azərbaycanın verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Təbriklərə görə təşəkkür edən Prezident İlham Əliyev, öz növbəsində, Kunio Mikuriyanı Ümumdünya Gömrük Təşkilatının baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik ediv. Dövlət başçısı bunu onun səmərəli fəaliyyətinə verilən qiymət kimi dəyərləndirərək ölkəmizin Kunio Mikuriyanın rəhbərliyi ilə Ümumdünya Gömrük Təşkilatında həyata keçirilən işləri yüksək qiymətləndirdiyini deyib. Prezident İlham Əliyev hazırda Azərbaycanda bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində genişmiqyaslı islahatların həyata keçirildiyini və bunun artıq çox yaxşı nəticələr verdiyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, o, Azərbaycan gömrük sisteminin dünyanın ən şəffaf gömrük sistemlərindən biri olmasını istəyir və Ümumdünya Gömrük Təşkilatının bu məqsədə çatmaq işində bizə kömək göstərməyi davam etdirəcəyinə ümidvar olduğunu bildirib.

Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya Azərbaycan gömrük sisteminin nümunəvi bir qurum olduğunu və Ümumdünya Gömrük Təşkilatının standartlarına uyğun fəaliyyət göstərməsini yüksək qiymətləndirib. Kunio Mikuriya xüsusilə Azərbaycanın korrupsiya ilə mübarizənin, beynəlxalq standartlara cavab verən texnologiyaların tətbiqinin və əlverişli biznes mühitinin yaradılmasının gömrük orqanlarının şəffaf fəaliyyəti üçün mühüm əhəmiyyət daşıdığını deyib və görülən bütün bu işlərin onda böyük təəssürat doğurduğunu qeyd edib.

Xoş sözlərə görə minnətdarlığını bildirən dövlət başçısı Azərbaycanda korrupsiya ilə mübarizənin ən prioritet istiqamətlərdən biri olduğunu deyib. Prezident İlham Əliyev gömrük orqanlarında həyata keçirilən ardıcıl tədbirlər nəticəsində şəffaflığın əldə edildiyini və gömrükdən daxil olan rüsumların planlaşdırıldığından da artıq olduğunu bildirib. Azərbaycanda biznes fəaliyyəti üçün əlverişli mühitin daha da yaxşılaşdığını qeyd edən dövlət başçısı Dünya Bankı tərəfindən Azərbaycanın 10 ən çox islahatçı ölkələr sırasına daxil edildiyini, Dünya Bankının “Doing Business” hesabatında 57-ci yerdən 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşmasını önəmli hadisə kimi dəyərləndirib. Prezident İlham Əliyev Azərbaycanda genişmiqyaslı islahatların qarşıdakı illərdə də davam etdiriləcəyini vurğulayaraq, ölkəmizin Ümumdünya Gömrük Təşkilatı ilə bundan sonra da səmərəli əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə edib.

Tarix
2019.01.14 / 14:18
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Nazir rus işğalına toxundu: Bakı ilə münasibətlərimiz...

İstanbul debatı: Küçükkaya rəzaləti, əldə partlayan yalanlar

Ermənilərdən acı etiraf: Məğlub olduq

Mehriban xanımın bu tərifəlayiq addımı… - Fazil Mustafa

Əliyev, Putin və Ruhani görüşür: Vaxt açıqlandı

"Bu, İrəvanın təcavüzkar siyasətini bir daha təsdiq edir"

Tacikistanda mühüm sammit başladı: Bakını o təmsil edir

İlham Əliyev 4 fərman, 2 sərəncam imzaladı

Novruz Məmmədov Tacikistanda səfərdədir - Foto

Nikol buna da sussa, demək, Kremldən dəhşət qorxur – Şərh

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla