Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Mart 2019


İran Krımı Rusiya ərazisi kimi tanımağa hazırlaşır? – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva 5 ildir dünya dövlətlərinə Krımı Rusiya ərazisi kimi tanıtdımaq üçün müxtəlif vasitələrdən istifadə edir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

“Birincisi, Moskva xarici ölkələrin siyasətçi və deputatlarının Krıma səfərlərini təşkil edir. Bəziləri Krıma səfər etsə də, əksəriyyəti bundan imtina edir. İkincisi, Moskva Krımda müxtəlif beynəlxalq konfrans və seminarlar təşkil edir. Həmin tədbirlərdə iştirak edən şəxs Krımı Rusiya ərazisi kimi qəbul etmək məcburiyyətində qalır. Ancaq Moskva bu məsələdə də böyük nailiyyət əldə etməyib. Xarici ölkələrdən Krımdakı konfranslarda çox az nümayəndə iştirak edir. Üçüncüsü, Moskva adi turistlərin də Krıma səfərlərini təşkil etməyə çalışır. Məsələn, bəzi xarici turizm şirkətləri ilə müqavilə bağlanır ki, onlar Krıma turlar təşkil etsinlər. Dördüncüsü, Moskva bir sıra regional layihələrdə Krımın da iştirakına çalışır. Beşincisi, Moskva Krımda istehsal olunan malları xarici ölkələrdə satışa çıxarmağa çalışır. Ayrıca, Krımı Rusiya ərazisi kimi göstərən atlaslar satışa çıxarılır”, - siyasi şərhçi qeyd edib.

Politoloq bildirib ki, Moskvanın növbəti planı Fars körfəzi və Xəzərlə Qara dəniz arasında nəqliyyat xətti yaratmaqdır:

“Belə ki, İrandakı limanlardan Krımdakı limanlara mal daşınması nəzərdə tutulub. Mallar İrandan Xəzər dənizindəki limana, buradan Volqa-Don çayı ilə Qara dənizə və Krıma çatdırılmalıdır. Rusiya istəyir ki, bu marşrutla yalnız İran deyil, Azərbaycan və Yaxın Şərq ölkələrinin malları da daşınsın”.

E.Şahinoğlu hesab edir ki, Azərbaycan bu təklifə razılaşa bilməz:

“Çünki bu halda Azərbaycan Krımı Rusiya ərazisi kimi tanımış olacaq. Dağlıq Qarabağ kimi problemi olan Azərbaycan bir başqa separatçı bölgə ilə əməkdaşlıq edə bilməz. Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsidir və dəmir yolunun fəaliyyətə başlamasını istəyir. Azərbaycan özü bu marşrutla Krıma mal daşınmasının əleyhinə olmalıdır”.

Siyasi şərhçi buna baxmayaraq, Rusiyanın sözügedən dəmir yolunun bir hissəsini Krıma qədər uzatmağa çalışacağını vurğulayıb:

“Bu mümkündür. Rusiya 2018-ci ildə Krıma körpü çəkdi. Həmin körpüdən dəmiryolu da keçir. Yəni Moskva gələcəkdə Şimal-Cənub dəmir yolunun bir hissəsini Krıma qədər uzada bilər. Şimal-Cənub dəmir yolunun Krıma birləşdirilməsi Azərbaycanın təhlükəsizlik siyasətinə ziddir. Çünki Azərbaycan xarici şirkətlərin Dağlıq Qarabağla iqtisadi və ticarət əlaqələrinə qarşı çıxır və faktlara qarşı mübarizə aparır”.

Politoloq deyib ki, Şimal-Cənub layihəsi Azərbaycan üçün 2 səbəbdən vacibdir:

“Birincisi, Avropa və Rusiyadan gələn mallar Azərbaycandan İrana, oradan da digər Şərq ölkələrinə çatdırılacaq. İkincisi, Şərq ölkələri və İranın malları Azərbaycan üzərindən Rusiyaya və Avropaya çatdırılacaq. Bununla Azərbaycanın həm bölgədəki rolu, həm də gəlirləri artacaq. Ancaq rəsmi Bakı Şimal-Cənub marşrutunun işlənməsində Krımın hansısa şəkildə iştirakına razılıq verməmişdi. Rusiya dəmir yolu ilə Krıma mal daşıyır. Heç bir ölkə buna mane ola bilmir. Rəsmi Bakının da buna mane olması problematikdir. Hətta Azərbaycanın dəmir yolu ilə Rusiyaya ixrac etdiyi kənd təssərrüfatı məhsullarının Krımda da peyda olması mümkündür. Rusiyaya ixrac edilən meyvə və tərəvəz mallarının Krıma göndərilməsinə nəzarət etmək çətindir”.

Siyasi şərhçinin fikrincə, İranın Rusiyanın təklifinə necə yanaşacağı bilinmir:

“BMT-də 2018-ci ilin dekabrında Krımla bağlı son səsvermədə İran nümayəndəsi Rusiya və Ermənistan nümayəndəsi kimi Ukraynanın irəli sürdüyü qətnamənin əleyhinə səs verdi və belə çıxdı ki, Tehran Krımın Ukraynana bağlılığını qəbul etmir. Ona görə də mümkündür ki, İran gələcəkdə Rusiyanın təklifi ilə razılaşsın”.

Tarix
2019.01.14 / 15:02
Müəllif
Aygün Yusibova
Şərhlər
loading...
Digər xəbərlər

Zakir Həsənov general Həyatla görüşdü - Foto

Qara siyahıda olan deputat Bakıya qarşı aktivləşdi

Pakistan: Ermənistanı dövlət olaraq tanımırıq

Bakı Qarabağda ciddi uğurlar əldə etdi - Şahnazaryandan şok

Məmmədyarov ekvadorlu həmkarına məktub göndərdi

Məmmədyarov Xorxe Fori ilə görüşdü - Foto

Məmmədyarov Çilidə görüşlər keçirdi - Foto

İlham Əliyev Tokayevi təbrik etdi

İlham Əliyev Nursultan Nazarbayevə zəng etdi

Bakı-Aİ məsləhətləşmələrinin tarixi açıqlandı

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla