Yuxarı

Bakıya qarşı qərəzli münasibət var – Lavrovdan şok

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:14

Azərbaycanla münasibətlərə gəlincə, mən “sıçrayış” terminindən istifadə etmək istəməzdim, çünki bizdə münasibətlər sıçrayışlarla deyil, yetərincə sabit və yüksələn xətt üzrə inkişaf edir.

Axar.az xəbər verir ki, bu sözləri 2018-ci ilin yekunlarına həsr olunmuş böyük mətbuat konfransında Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib. O bildirib ki, 2018-ci il Rusiya-Azərbaycan münasibətləri üçün çox müsbət il olub:

“Ötən il prezidentlər səviyyəsində növbəti son dərəcə məzmunlu görüşlər keçirilib, həmkarım Elmar Məmmədyarovla da həm Bakıda, həm də Moskvada görüşlər olub, iqtisadi idarələrimiz sıx əməkdaşlıq ediblər, prezidentlər Vladimir Putinin və İlham Əliyevin birgə hamiliyi ilə növbəti dəfə Bakı Beynəlxalq Humanitar Forumu keçirilib. Hamısını sadalamaq olmur: bizi bir-birimizə bağlayan formal, rəsmi, qeyri-formal tədbirlər olduqca çoxdur, o cümlədən yeri gəlmişkən, Rusiyada, eləcə də Azərbaycanda çox populyar olan JARA mahnı bayramı. Odur ki, mən ötən ili müsbət, son dərəcə müsbət qiymətləndirərdim. Biz istər MDB strukturlarında, istər BMT-də, istər ATƏT-də, istərsə də Avropa Şurasında yaxşı əməkdaşlıq etmişik. Yeri gəlmişkən, Avropa Şurasında Azərbaycana qarşı da yetərincə qərəzli münasibət var və Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan deputatlarının hüquqlarını məhdudlaşdırmağa çalışırlar.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə həmsədrlərin fəaliyyətinə töhfəmizə gəlincə, ötən il Ermənistanda rəhbərliyin dəyişməsi səbəbindən il təkcə tanışlıq xarakteri daşıyan görüşlərlə məhdudlaşıb. Lakin bu ay Rusiya, Fransa və Birləşmiş Ştatlardan olan həmsədrlərin Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə növbəti görüşü planlaşdırılır. Düşünürəm ki, bu istiqamətdə də biz artıq köhnəlmiş olan, lakin İrəvanla Bakının xoş məramı, beynəlxalq birliyin, o cümlədən həmsədrlərin dəstəyi ilə həll edilməsi mümkün olan münaqişənin nizamlanmasına kömək edə biləcəyik. Düşünürəm ki, həll yolunun axtarılmasına hazır olması barədə Bakıdan səslənən bəyanat hər cür dəstəyə layiqdir”.

Tarix
2019.01.16 / 23:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla