Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 Aprel 2019


Ərəb dünyasını bölən iki cərəyan – Tarixi səbəblər

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərəb dünyası barədə Azərbaycanda səhv təsəvvürlər var.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, bizdə “ərəb” deyən kimi islamçı, şəriətçi göz önünə gəlir:

"Amma heç də elə deyil. Bir çox müsəlman ölkəsində olduğu kimi, ərəb ölkələrinin çoxunda da islamı hüquq kimi yox, ənənə kimi yaşayırlar. Şəriətlə idarə olunan ərəb dövlətlərinin çoxu Körfəzdə yerləşir. Məhz ən inkişaf etmiş ərəb dövlətləri də Körfəz ölkələridir. Yaxın Şərq və Şimali Afrikanın ərəb məmləkətləri əsasən dünyəvi qanunlarla idarə olunur. İş orasındadır ki, problemlərin çoxu da elə dünyəvi ərəb məmləkətlərində yaşanır. Bu problemlərin çoxu da məhz millətçiliyə görə ərəblərin başına gəlib".

Politoloq vurğulayıb ki, Osmanlı imperiyası süquta uğrayandan sonra ərəb dünyasında iki siyasi cərəyan arasında mübarizə başlayıb:

"Bu mübarizə indiyə qədər davam edir. Yuxarıda qeyd etdiyim ərəb siyasi cərəyanları bunlardır - İxvanil müslümün (Müsəlman Qardaşları) və BAAS (Sol ərəb millətçiliyi). Beləliklə, klerikal (dini) ərəblərlə sekulyar (dünyəvi) ərəblər arasında çox şiddətli rəqabət, daha doğrusu, düşmənçilik elə o vaxtdan başlayıb. ABŞ və SSRİ-nin dəstəyi ilə millətçilər islamçılara qalib gəldilər. Liviya, Misir, Suriya, İraqda sol-millətçi hərbçilər hakimiyyətə gələndən sonra onların ilk işi islamçı qüvvələrə qarşı amansız mücadilə oldu. Əbdül Nasir, Ənvər Sədat, Hüsnü Mübarək, Hafiz Əsəd, Yasər Ərəfat, Səddam Hüseyn, Müəmmər Qəzzafi, Bəşər Əsəd - bunlar hamısı sol millətçi hərbçilərdir. Məsələn, İraqda ərəblərin çoxu şiə olsa da, ərəb kimliyi şiə məzhəbçiliyini üstələyir. Cənubi İraq şiələrinin lideri Müqtəda əs-Sədr Səudiyyə Ərəbistanı ilə anlaşıb, İrana qarşı mübarizədə birləşib. Ərəb millətçiliyi Yaxın Şərq, Şimali Afrikada yenə güclüdür. Lakin eyni zamanda, ərəb dünyasında sələfi cərəyanı öz gücünü saxlamaqdadır. İranda indiki quruluşu nəzərə alsaq, üstəlik, tarixi ərəb-fars münasibətləri əlavə ediləndə, ərəb islamçıları ilə millətçiləri ümumi təhlükəyə qarşı birləşir".

Politoloq qeyd edib ki, güclənən sünni Türkiyə faktorunu da unutmaq olmaz:

"Ərəb dünyası Osmanlının tərkibində olub. Qardaş Türkiyə Osmanlının varisidir. Türklər ilə ərəblərin sünni olması və Türkiyədə islam dəyərlərinə yaxın AKP-nin iqtidarda olması ərəb sünni-islamçılarının mövqelərini ölkələrində gücləndirir. Bütün bunları nəzərə alaraq, gələcəkdə ərəb dünyasının millətçilikdən daha çox, islam dəyərlərinə gedəcəyi düşüncəsindəyəm".

Tarix
2019.01.17 / 15:32
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
loading...
Digər xəbərlər

Erməni nazir Qarabağ üçün “Lavrov planı”ndan danışdı

İrəvanla imzalanan sülh sazişini polkovnik darmadağın etdi

İlham Əliyev Van Yanla görüşdü

Azərbaycanda sizi dost kimi tanıyırlar – İlham Əliyev

Tramp yenə "soyqırım" ifadəsi işlətmədi

Szinpindən İlham Əliyevə: Sizinlə buna hazıram

Qarabağın sülhlə həlli ona görə mümkün deyil ki... - Kuznetsov

İlham Əliyev Si Szinpinlə görüşdü

Leyla Abdullayeva erməni həmkarının cavabını verdi

Fransa təşkilatından ermənilərə: Xocalı soyqırımını tanıyın!

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla