Yuxarı

Şeyxülislam Abdulatipovla görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 17-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Rusiyanın İslam Əməkdaşlıq Təşkilatında (İƏT) daimi nümayəndəsi Ramazan Abdulatipovla görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Allahşükür Paşazadə Ramazan Abdulatipovun Rusiyanın İƏT-də daimi nümayəndəsi seçilməsinin önəmli hadisə olduğunu deyib. Bildirib ki, İƏT-də Azərbaycana olan münasibət, xüsusən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilən sənədlər məmnunluq hissi doğurur. “İslam Əməkdaşlıq Təşkilatı kimi böyük bir qurumda sizin kimi bir siyasətçinin olması vacibdir. Qafqaz Müsəlmanları İdarəsi olaraq sizə həmişə hər cür dəstək verməyə hazırıq”, - deyə QMİ sədri qeyd edib.

Rusiyanın İƏT-də daimi nümayəndəsi Ramazan Abdulatipov Azərbaycana səfərindən və bu görüşdən məmnun olduğunu bildirib. O, Azərbaycanın İslam həmrəyliyinin möhkəmlənməsinə verdiyi töhfələri qeyd edib. Vurğulayıb ki, müqəddəs Qurani-Kərimdə də təkcə müsəlmanlar arasında deyil, bütün dinlərin nümayəndələri arasında əməkdaşlığa çağırış var.

R.Abdulatipov qeyd edib ki, Rusiya xristian ölkəsi olmasına baxmayaraq, burada 20 milyona yaxın müsəlman yaşayır. Rusiya İƏT-in müşahidəçisi seçilib. Bu təşkilatla Azərbaycan arasında yaxşı əməkdaşlıq mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyev İƏT-lə əməkdaşlığa böyük önəm verir və əlaqələrin möhkəmlənməsi üçün mühüm işlər görüb. Qafqaz Müsəlmanları İdarəsi də öz növbəsində, bu əməkdaşlığın inkişafı üçün töhfələrini verir.

Görüşdə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein də iştirak ediblər.

Tarix
2019.01.18 / 00:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla