Yuxarı

Ermənipərəstlərin Bakıya hücumu başladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamentinin növbəti qərəzli və heç bir məntiqə söykənməyən qətnaməsi açıq şəkildə Azərbaycana qarşı informasiya müharibəsindən xəbər verir.

Bu sözləri Axar.az-a yanvarın 17 də Avropa Parlamentində Azərbaycana dair müzakirələr fonunda Mehman Hüseynovla bağlı qəbul olunan qətnamə haqda danışan AŞPA-dakı nümayəndə heyətinin üzvü Asim Mollazadə deyib. Millət vəkili Avropa Parlamentində bu cür qərəzli münasibətin artıq xroniki hal aldığını vurğulayıb:

“Avropa Parlamentinin növbəti qərəzli və heç bir məntiqə söykənməyən qətnaməsi açıq şəkildə Azərbaycana qarşı informasiya müharibəsindən xəbər verir. Qətnamə barədə ilk olaraq məhz erməni mətbuatında məlumatların dərc olunması Avropa Parlamentini Azərbaycana qarşı qeyri-obyektiv münasibətə vadar edən qüvvələrin kimliyini bir daha açıq şəkildə ortaya qoyur. Bu informasiya müharibəsinin ən fəal qüvvələri ABŞ və Avropa ölkələrində fəaliyyət göstərən erməni diaspor təşkilatlarıdır. Görünür, onlar bu dəfə də yaxşı təşkilatlanıblar. Sözügedən qüvvələrin əsas maliyyə dəstəkləçilərinin birinci məqsədi Avropa siyasətçilərindən Azərbaycana qarşı aparılan müharibədə istifadə etməkdir. İkinci məqsəd isə guya ölkəmizdəki vəziyyətin erməni azlığının Azərbaycanın tərkibində yaşamasına imkan vermədiyini nümayiş etdirməkdir. Avropa Şurasındakı bu ermənipərəst qüvvələr hər fürsətdən istifadə edərək Azərbaycana qarşı mütəmadi hücumlar təşkil edirlər. Çox təəssüf ki, Avropada erməni təşkilatlarının siyasi korrupusiya ilə bağlı göstərdiyi bu kimi fəaliyyətlər ciddi araşdırılmır. Bu baxımdan da hesab edirəm ki, Azərbaycan ilk növbədə bu faktı Avropa ictimaiyyətinə və onların gündəminə çatdırmalı, əks-informasiya hücumuna keçməlidir”.

Millət vəkili bildirib ki, bu oyunlar nə ilk, nə də sonuncudur:

“Demək, Azərbaycan hədəfdədir və ölkəmizə qarşı oyunlar mütəmadi olaraq davam etdiriləcək. Sözügedən qətnamədə Mehman Hüseynov amilinin şişirdilərək Azərbaycana qarşı planlaşdırılan məkrli ssenarinin uğursuz nəticəsi olması da bunu sübut edir. Mehman Hüseynovun taleyi üzərindən öz oyunlarını həyata keçirməyə çalışan qüvvələrin bütün mənfur cəhdləri hər zamankı kimi nəticəsiz qalacaq. Azərbaycanın Avropa İttifaqının üzvü olmaması sifariş əsasında qurulan oyunlarla qəbul edilən qətnamənin siyasi və hüquqi qüvvəsini də heçə endirir. Azərbaycan Prezidenti Avropa Parlamentinin daha əvvəllər də ölkəmizə qarşı qərəzli münasibətinin əsassız və siyasi təxribat olduğunu vurğulayıb və Avropanın müvafiq hüquq-mühafizə orqanlarını AP-ın bəzi üzvlərinin erməni lobbiçiləri ilə gizli əlaqələrini araşdırmağa dəvət edib. Hesab edirəm ki, daim Azərbaycanı gözdən salmaq üçün xarici dairələr müstəqil siyasət yürüdən ölkəmizi heç bir böhtan və şantaj yolu ilə özlərinə tabe etdirə bilməyəcəklər”.

Tarix
2019.01.18 / 16:28
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla