Yuxarı

De Qoll Əlcəzairdə, Nikol Qarabağda... - Daniyelyan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyanın Qarabağla bağlı seçkiqabağı tezisləri ondan ibarətdir ki, İrəvan danışıqları qarabağlıların adından aparmayacaq.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində erməni politoloq Stepan Danielyan paylaşıb.

“Seçicilər bu tezisə əsasən seçim etdilər. İndi Ermənistan və Azərbaycan xarici işlər nazirləri danışıqları davam etdirir, Qarabağ problemini müzakirə edirlər. Nəyi müzakirə etdikləri aydın deyil. Əgər Dağlıq Qarabağın statusunu müzakirə edirlərsə, bu o deməkdir ki, hakim qüvvə seçiciləri seçkidən öncə aldadıb”, – deyə o bir müddət əvvəl mediada səsləndirdiyi fikirləri təkrarlayıb.

Danielyan Paşinyanın hazırkı siyasətini Şarl de Qollun Fransanı Əlcəzairdən çıxarmaq qərarıyla müqayisə edib:

“Onlar Qarabağ məsələsində deyə bilməzlər ki, situasiya dəyişib. Zamanında Şarl de Qoll da Fransanın Əlcəzairi tərk etməyəcəyi ilə bağlı fransızlara yalan vəd vermişdi. Qələbədən sonra o tam başqa bir şey etdi. İndi Nikol de Qoll, Qarabağ isə Əlcəzair deyil. Heç nə alınmayacaq. Paşinyan prinsipial şəkildə Artsax adından istifadə etmir, Qarabağ söyləyir”.

Qeyd edək ki, Danielyan analoji açıqlama ilə 3 gün öncə mediada çıxış etmişdi.

Tarix
2019.01.19 / 10:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla