Yuxarı

Türkiyənin bu addımları Kremldə niyə qıcıq doğurur?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya məsələsi ilə bağlı Astana prosesində bir düyün yaranıb.

Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq yaranan düyünün daha çox Rusiya ilə bağlı olduğunu vurğulayıb:

“Son dövrlərdə Türkiyənin bəzi siyasi addımları Moskvada qıcıq yaradıb. Rus siyasi elitası Türkiyənin yenidən NATO-nun aktiv siyasət aparan ölkəsinə çevrilməsindən çox narahatdır. Moskva da məhz buna cavab olaraq Suriyada Ankaranın maraqlarına qarşı sərt mövqe tutmağa başlayıb. Ancaq Türkiyə İdlibdə Rusiyaya verdiyi bütün vədlərini yerinə yetirib, Moskva isə bundan razı qaldığını açıq bəyan edib. Hətta Türkiyə rəhbərlərinin səyləri nəticəsində mövqeyi tez-tez dəyişən Trampı da yola gətirmək mümkün olub. Görünür, Menbiç ətrafında ABŞ-la Türkiyə arasındakı razılıq yaranan kimi Rusiya İdlib məsələsində israr etməyə başlayır. Bu isə Suriya böhranının nizamlanması prosesini ciddi surətdə əngəlləyir”.

Politoloq qeyd edib ki, Rusiya Ankaranın maraqlarına qarşı çıxmağa davam edərsə, o zaman Türkiyənin Astana prosesindəki varlığı mənasını itirəcək:

“Türkiyə həm də ABŞ-ın Suriyada yaratdığı koalisiyanın üzvüdür. ABŞ isə artıq Suriyada mövqelərini bir növ Türkiyəyə təhvil vermək üzrədir. Bütün bunların da Rusiyada ciddi qıcıq doğurması təbiidir. Ümumiyyətlə, Rusiya Suriyada Türkiyəsiz hər hansı bir məqsədə nail ola bilməyəcək. Xüsusilə də Suriyanın taleyini həll edəcək məsələlər - Astana prosesi üzrə Suriyada yeni Konstitusiyanın hazırlanması, bu prosesdə iştirak edəcək siyasi qüvvələrin dəqiqləşdirilməsi, keçid dövrünün elan edilməsi və uzağı 1 il yarımdan sonra bölgədə ədalətli və şəffaf seçkinin keçirilməsi Türkiyəsiz mümkün deyil. Rusiya bunu dərk etsə də, sabotajdan əl çəkmir. Əsas düyün də elə burada yaranır. Əgər Rusiya Türkiyə ilə əldə etdiyi razılaşmaları pozarsa və İdlib məsələsində sona qədər israr edərsə, bu, avtomatik olaraq Astana prosesinin dağılmasına gətirib çıxaracaq. Çünki bu formatda iştirak edən müxalif qüvvələrin 80 faizdən çoxu Türkiyənin ətrafında cəmləşib. Bu zaman Rusiyanın Astana prosesi çərçivəsində legitimliyi də sual altında qalacaq. Hətta Rusiya Türkiyəni bir tərəfdaş kimi Suriyada itirə bilər”.

Sabiq dövlət müşaviri bildirib ki, belə olan halda Türkiyə təkcə Suriyada deyil, bütün Yaxın Şərqdə ABŞ-la birgə hərəkət etməyə başlayacaq:

“Bu da Rusiyanın bu bölgədəki iştirakını son nəticədə mümkünsüz edəcək. Rusiyanın qəsdən kompromisə getməməsi tədricən Türkiyə ilə qarşıdurmalara da gətirib çıxara bilər. Bu zaman proses Rusiyanın nəzarətindən çıxaraq ABŞ və ya Qərbin nəzarətinə keçə bilər. Beləliklə, Rusiya itirdiyi milyardlarla bərabər, Suriyadan da tamamilə uduzmuş çıxa bilər”.

Tarix
2019.01.21 / 14:28
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla