Yuxarı

Məmmədyarov səudiyyəli sədrlə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının Şura Məclisinin Azərbaycanla parlamentlərarası dostluq komitəsinin sədri Fayez bin Abdulla Əli Əl-Şehrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

XİN-dən Axar.az-a verilən məlumata görə, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında bütün sahələrdə münasibətlərin inkişafından məmnunluğunu bildirən nazir E.Məmmədyarov iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün səylərin artırılmasının vacibliyini diqqətə çatdırıb.

Azərbaycanda olmasından məmnunluğunu bildirən qonaqlar münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasının vacibliyini diqqətə çatdırıblar. Bu xüsusda, tərəflər davamlı səylərin artırılmasının, eləcə də iqtisadi və təhsil sahələrində əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin zəruriliyini bildiriblər.

Tərəflər ikitərəfli dostluq əlaqələrinin inkişafında parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndiriblər.

Fayez bin Abdulla Əli Əl-Şihri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəsinin mövqeyinin dəyişməz qaldığını, münaqişənin beynəlxalq hüququn əsas prinsipləri, ələlxüsus Azərbaycanın ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında həll edilməsinin vacibliyini qeyd edib.

Görüş zamanı həmçinin tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tarix
2019.01.22 / 19:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla