Yuxarı

Əgər Paşinyan bunları bacarmasa… - Trofimçuk

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan mətbuatını təhlil etsək, o zaman erməni parlamentarilərin ilk iclasdan etibarən Rusiya əleyhinə çıxışlar etdiyinin şahidi olarıq.

Onlar “xalq namizədi” Nikol Paşinyanın mütəmadi olaraq xalqın sevgisini itirdiyini qeyd edirlər. Erməni mətbuatının yazdıqlarına əsasən, Nikol Paşinyan ölkə əhalisinin onu tamamilə düzgün başa düşmədiyini bildirərək özünə bəraət qazandırmağa çalışır. Demək axşam saatlarında o da vətəndaşlar kimi yorğun olur və tez-tez dedikləri həmişə səlis olmayan nitqinə görə düzgün qəbul olunmur. Erməni blogerlər isə Paşinyanı sərxoşluqda və məhz bu səbəbdən fikirlərini ifadə edə bilməməkdə ittiham edirlər.

Ermənistanda baş verənlər və bütün bunların nəticələri ilə əlaqədar Axar.az tanınmış rusiyalı politoloq Qriqori Trofimçukun fikirlərini öyrənib.

“Məlum olduğu kimi, parlament komitələrinin rəhbərliyinin tərkibi ayrı bir problem təşkil etdi. Üstəlik hələ ölkənin əsas qanunverici orqanında Rusiyanın ünvanına səsləndirilən nümayişkaranə bəyanatlardan danışmıram. Buna görə də Rusiya, təəssüflər olsun ki, Ermənistanın daxilində gedən hadisələrin davam etdiyini fakt kimi qəbul etməli olacaq. Ermənilərin yeni seçdikləri barədə ilkin məyusluqlarının nəyə gətirib çıxaracağını yalnız təxmin etmək olar”, - ekspert bildirib.

Onun sözlərinə görə, erməni vətəndaşların “inqilab”ın lideri barəsindəki heç bir müşahidələri hələ ki, nəticə verməyib. Bu müşahidələr ölkənin taleyi barədə birbaşa məsuliyyət daşıyan yeni siyasətçilər qrupunun heç bir aydın proqramı olmadığını göstərir. Bu isə öz növbəsində bir çoxlarına erməni siyasətçilərini sərxoşluqda ittiham etməyə imkan verir.

“Sərxoşluq barədə bilmirəm, ancaq hazırda aydın olan tək bir şey var: əgər yaxın aylarda Ermənistan iqtisadiyyatı ritmli və bərabər şəkildə nəfəs almasa, əgər vətəndaşlar ümid etdiklərini əldə etməsələr, əgər onlar yalnız gələcəklə deyil, həmçinin bu günlə bağlı da əminlik qazanmasalar, bu halda ölkənin məsuliyyətini üzərinə götürmüş siyasətçilər sözün əsl mənasında yalnız içməli olacaqlar”, - Trofimçuk bildirib.

Tarix
2019.01.23 / 11:35
Müəllif
Əli, Orxan
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla