Yuxarı

Paşinyan İlham Əliyevlə görüşün detallarını açıqladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Davosda baş tutan qeyri-rəsmi görüşü haqda danışıb.

Axar.az xəbər verir ki, Feysbuk səhifəsində canlı yayımda çıxış edən Paşinyan eyni zamanda öz ünvanına səsləndirilən tənqidlərə də cavab verib.

“Aydındır ki, bu, İlham Əliyevlə üçüncü görüşümüzdür. Son aylar bizim iştirak etdiyimiz hansısa tədbir zamanı görüş imkanından imtina etməməklə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə müzakirələrimiz olub. Bu, qeyri-rəsmi görüşlərdir”, - deyə o bildirib.

Paşinyan Davosda forumun təşkilatçıları tərəfindən bu görüşün təklif edildiyini və hər iki tərəfin bunu qəbul etdiyini deyib.

Paşinyan bildirib ki, Davos və ondan əvvəlki görüşlər zamanı indiyə qədər Azərbaycanla Ermənistan arasında olan danışıqlar prosesi, konfliktin həllinə şərait yaradılması imkanlar, buna yaradılan maneələr və s. müzakirə olunub.

Baş nazir həmçinin görüşdə konkret heç nəyin müzakirə olunmadığını deyib.

Tarix
2019.01.23 / 23:39
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla