Yuxarı

Mitinq iştirakçıları qarşıdurmaya gedəcəkdi – Millət vəkili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bəzi siyasi qrupların ardıcıl mitinq keçirmək cəhdləri ilə bağlı partiyanın mətbuat xidmətinin sorğusunu cavablandırıb.

Axar.az xəbər verir ki, BAXCP mətbuat xidmətinin “yanvarın 26-da Milli Şuranın, fevralda isə “Qarabağ komitəsi”nin ardıcıl olaraq mitinq keçirmək niyyəti bəzi destruktiv, xarici qüvvələrin “mitinq kampaniyası”ndan sui-istifadə edərək ölkədə sabitliyi pozmağa cəhd göstərmələrinə zəmin yarada bilərmi” sualına cavabında Qüdrət Həsənquliyev belə bir məqsədin ola biləcəyini istisna etmədiyini bildirib:

“Ölkədə sabitliyin pozulmasına, qarşıdurmaya belə bir cəhdin ola biləcəyi nəinki mümkündür, hətta qaçılmazdı. Xatırlayırsınızsa, son mitinqdə iştirak edən bir qrup şəxs aksiyanın küçə yürüşü ilə davam etdirilməsi tələbini irəli sürdülər. Təbii ki, bu, mitinqlə bağlı müraciətdə nəzərdə tutulmadığı üçün qeyri-qanuni idi. Qanunsuz aksiyanın isə qarşısının alınması üçün də müvafiq addımlar atılacaqdı və şübhəsiz ki, bu da miqyasından asılı olmayaraq qarşıdurmaya yol açacaqdı. Maralıdır ki, belə tələblər irəli sürüləndə mitinqin təşkilatçıları buna qarşı çıxış etmədilər, əksinə “indi sayımız azdır” deyərək, iştirakçı sayının çox olacağı təqdirdə qanuna zidd hərəkətlərə, qarşıdurmaya yol verə biləcəklərini elan etmiş oldular. Bu isə o deməkdir ki, son mitinqdə iştirakçıların sayı çox olsaydı, təşkilatçılar qarşıdurmaya gedəcəkdilər. Xaricdəki bəzi destruktiv qüvvələr də Azərbaycanda qarşıdurma yaratmaq, sabitliyi pozmaq üçün bu prosesdən istifadə edəcəkdilər”.

Qüdrət Həsənquliyev deyib ki, sərbəst toplaşmaq azadlığı hər kəsin hüququdur:

“Amma heç kim bu azadlıqdan sui-istifadə edə, vətəndaşların təhlükəsizliyinə təhdid yarada, qarşıdurmaya cəhd göstərə bilməz”.

BAXCP sədri hətta bəzi qrupların ölkənin xaricində olan destruktiv qüvvələrlə danışıqlar apardığını, onları Azərbaycanda qarşıdurma yaratmaq üçün prosesə cəlb etmək niyyəti ilə hərəkətə keçdiklərini də bildirib.

Qüdrət Həsənquliyev vətəndaşları ayıq olmağa çağırıb:

“Məqsəd bu və ya digər problemlərin həllinə nail olmaq yox, insanlarımızı qarşıdurmaya aparmaqdan, ölkədə sabitliyi pozmağa və bunun uzun müddət davam etməsinə zəmin yaratmağa, son nəticədə düşmənlərimiz qarşısında müqavimət gücümüzün azaldılmasına cəhd göstərməkdən ibarətdir”.

BAXCP sədri eyni zamanda bildirib ki, heç kim Azərbaycanda qarşıdurma yarada və sabitliyi poza bilməyəcək və o buna əmindir.

Tarix
2019.01.24 / 17:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla