Yuxarı

Bakıya xəyanət edən general “prezident” olmağa hazırlaşır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qondarma Qarabağ rejiminin keçmiş "müdafiə naziri" Samvel Babayan separatçı rejimin prezidentliyinə namizədliyini irəli sürməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bunu Babayan “Azadlıq" radiosuna müsahibəsində deyib. O, mart ayından etibarən bunun üçün imza toplayacağını bildirib.

Qondarma rejimdə “prezident seçkisi” 2020-ci ildə keçiriləcək.

Qeyd edək ki, Babayan 2017-ci ilin noyabrında 6 il azadlıqdan məhrum edilmişdi. O, Ermənistanda dövlət çevrilişinə cəhd etməkdə şübhəli bilinərək, 22 martda tutulmuşdu. Erməni general “İqla” raketlərinin Ermənistana keçirilməsində və Ermənistan Prezidenti Serj Sərkisyana qarşı sui-qəsd təşkil etməkdə təqsirləndirilmişdi.

Babayan əslən Xankəndidəndir. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini təbliğ edən "Miatsum" hərəkatının üzvlərindən biri olub. Qarabağda azərbaycanlılara və ermənilərə qarşı xüsusi əməliyyatlarda iştirak edib. 1991-ci ilin iyununda həbs edildikdən sonra 6 ay müddətində Bakıda həbsdə saxlanılıb, sonradan azadlığa buraxılıb. Babayan Xocalı qətliamında, Şuşanın işğalında yaxından iştirak edib. O, həmçinin 1994-cü ildə atəşkəs müqaviləsinə imza atanlardan biri olub.

Onun "dqr"dəki "seçkilərdə" namizəd olacağı barədə bir müddət əvvəl xəbər yayılmışdı.

Tarix
2019.02.06 / 18:34
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla