Yuxarı

Əfqanıstan prezidenti Bakıya gəlir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycana səfəri gözlənilir.

Axar.az xəbər verir ki, dövlət başçısı martın 14-16-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VII Qlobal Bakı forumunda iştirak edəcək.

2013-cü ildən etibarən keçirilən forumda dünyada sülh və təhlükəsizlik məsələləri müzakirə olunur. Forum Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda qlobal əhəmiyyətli siyasi və iqtisadi proseslərin müzakirə olunduğu nüfuzlu platforma kimi qəbul edilməkdədir. “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən budəfəki forumun əsas müzakirə panelləri “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamli inkişaf çağırışları”, “Təhlükəsizlik naminə orta şərq əməkdaşlığı” olacaq.

Foruma dünyanın 70-dən çox ölkəsindən 450 qonağın qatılması gözlənilir. Əfqanıstan prezidenti ilə yanaşı, forumda bir neçə ölkənin hazırkı dövlət və hökumət başçıları iştirak edəcək. Tədbirə dünyanın tanınmış dövlət adamları, siyasətçiləri, nüfuzlu ictimai xadimləri, tanınmış elm adamları da dəvət alıb.

Tarix
2019.02.08 / 10:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla