Yuxarı

Paşinyanın taleyi Bakının əlindədir – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyanın müstəqilliyi uzun çəkməyəcək.

Bunu Axar.az-a açıqlamasında “Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.

“Rusiyadakı erməni lobbisinin kapitalının Ermənistana daxil olmaması əməlli-başlı Paşinyanın əl-qolunu bağlayıb. Məhz bu faktor Nikola xarici siyasətdə dəyişiklik etməyə imkan vermir. Hökumətin 5 illik proqramına Rusiya ilə dərin iş birliyi məsələsinin salınması Paşinyanın açıq şəkildə keçmiş prezident Serj Sərkisyanın xarici siyasətini davam etdirdiyini ortaya qoyur”, - E.Ələsgərov bildirib.

Politoloq Qərbin demək olar ki, Paşinyandan üz döndərdiyini düşünür:

“Qərbin gözləntiləri var idi, ancaq Paşinyan onları doğrulda bilmədi. Artıq Qərb də fərqindədir ki, Paşinyanın vədləri boş söhbətdən başqa bir şey deyil”.

Politoloqun sözlərinə görə, Paşinyanın konsepsiyaları əslində hakimiyyətdə qalmağa hesablanıb:

“Ümumiyyətlə, Ermənistan dövləti və hakimiyyəti çox zəifdir. Belə bir vəziyyətdə müstəqil siyasət yeritmək çox çətin olacaq. Bu mənada Paşinyan yaxın zamanlarda müstəqilliyini itirəcək. Onun yeganə çıxış yolu Bakı ilə uzlaşmaq və işğalçı erməni ordusunu Azərbaycan torpaqlarından çıxarmaqdır”.

Tarix
2019.02.08 / 15:01
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla