Yuxarı

Şok: Nikol Qarabağı qaytarmaq istəyir, amma... - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:25

Dağlıq Qarabağın erməni icmasının danışıqlarda iştirakına nail olmaqla Nikol Paşinyan kompromis çərçivəsində güzəştlər barədə məsuliyyəti Qarabağla bölməyə çalışır.

Axar.az xəbər verir ki, bu barədə Strateji Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib.

“Görünür, Paşinyan necə güzəşt edəcəyini anlamır. O, bir tərəfdən kompromis və güzəştlərə hazırdır, ancaq bütün məsuliyyəti üzərinə götürməyə qorxur. Hətta Qarabağ klanının nümayəndələri Serj Sərkisyan və Robert Köçəryan belə güzəştlər üçün siyasi məsuliyyəti öz üzərlərinə götürməkdən qorxurdular. Qarabağlılar üçün yad olan və aylardır torpaqları qaytarmağa hazırlaşmaqda ittham olunan Nikol Paşinyan həm də Qarabağ klanının siyasi rəqibidir”, - ekspert qeyd edib.

Markovun fikrincə, Paşinyanın bəyanatlarında müəyyən mənada müsbət siqnallar görmək olar:

“Bu, münaqişə tərəfləri arasında müzakirələr getdiyi anlamına gəlir. Mənim də dediyim kimi, Paşinyan vaxt qazanmağa çalışır, çətinləşmiş şəraitdə daha qazanclı mövqe qazanmağa cəhd edir. Ermənistan Dağlıq Qarabağın erməni icmasını danışıqlara cəlb etmək, azərbaycanlı icmasını isə bloklamaq istəyir. Bu isə qəbuledilməzdir. Paşinyan DQ-ın azərbaycanlı icmasının danışıqlarda niyə iştirak etməməsinə qəribə izahlar gətirmək istəyir. Bu cür yanaşmanı nə Azərbaycan, nə də beynəlxalq ictimaiyyət onsuz da qəbul etməyəcək”.

Ekspert Paşinyanın danışıqlarda “Ermənistan+Dağlıq Qarabağın erməni icması Azərbaycana qarşı” formatından istifadə etmək istədiyini qeyd edib:

“Bu, heç bir məntiqə əsaslanmır. Dağlıq Qarabağın azərbaycanlıları işğal edilmiş bu ərazidən hərb yolu ilə qovulub. Buna görə də əgər erməni icması cəlb olunacaqsa, təbii ki, azərbaycanlı icması da danışıqlara qoşulmalıdır. Bakının razılığı olmadan mövcud “Ermənistan+Azərbaycan” formatından başqa heç bir formatdan söhbət belə gedə bilməz. Ermənistanda siyasi turbulentlik və seçki dövrü başa çatdı. Bunlarla İrəvan danışıqlar prosesini dondurmağına haqq qazandıra bilirdi. Artıq bu cür şərait yoxdur. Əgər vəziyyət dəyişməsə, hərbi əməliyyatların bərpa olunması ehtimalı güclüdür”.

Tarix
2019.02.14 / 11:43
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla