Yuxarı

Bakı və Ankara elə bir hərbi protokol imzaladı ki... – Ekspert

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün bundan əvvəl Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq sahəsində yeni bir səhifə açıldı. Tərəflər Silahlı Qüvvələrin mübadiləsinə imkan verən bir hərbi protokolu təsdiqlədi.

Rusiyalı politoloq Denis Korkodinov bununla bağlı Axar.az-a açıqlamasında deyib ki, sözügedən sənəd sülhməramlı qoşun kontingentinin yalnız birgə hərbi təlimlərdə deyil, eyni zamanda, potensial hərbi kampaniyalarda, əsasən də Dağlıq Qarabağ münaqişəsi zonasında iştirakını nəzərdə tutur. Bu isə mövcud ərazi mübahisələrinin həlli üçün beynəlxalq koalisiya yaratmaq barədə aydın niyyətlərin nümayişidir.

“Nə Bakı, nə də Ankara bundan sonra səssiz qala bilər. Bu vəziyyətdə ərazi bütövlüyünün bərpası problemi siyasətlə yaxından əlaqəlidir. Beləliklə, ölkələr arasında hərbi protokol imzalanmasının məqsədini “erkən” və “aqressiv” kimi qiymətləndirə bilmərik”, - ekspert bildirib.

Ekspertin fikrincə, Türkiyə və Azərbaycan Ermənistanla bağlı öz problemlərini həll etmək üçün qoşunların birgə strukturunu yaratmaqla bağlı razılığa gəliblər.

“Bu tamamilə anlaşılan addımdır. Bu, rəsmi İrəvana siqnaldır. Görünür, İrəvan buna çox ciddi reaksiya verəcək, çünki ona qarşı yaradılan koalisiya açıq-aydın böyük hərbi gücə malikdir”, - politoloq bildirib.

Tarix
2019.02.14 / 16:24
Müəllif
Əli, Orxan
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla