Yuxarı

Səfirimiz qətərli nazirlə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov yeni təyin olunmuş Qətər Dövlətinin İnzibati inkişaf, Məşğulluq və Sosial əlaqələr naziri Yusif bin Məhəmməd Əl-Osman Faxru ilə görüşüb.

Axar.az xəbər verir ki, səfir Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərində həyata keçirilən islahatlar barədə naziri məlumatlandırıb. Azərbaycan və Qətər arasında əmək, sosial müdafiə və məşğulluq sahələri üzrə mövcud olan əməkdaşlıq əlaqələrindən bəhs edən səfir bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb.

Qətərlə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdiyini vurğulayan Yusif bin Məhəmməd Əl-Osman Faxru əmək və sosial müdafiə sahəsində də uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını, qarşıdakı dövrdə əlaqələrin genişləndirilməsi üçün nazirlik tərəfindən səylərin göstəriləcəyini vurğulayıb.

Görüşdə iki ölkə arasında əmək və əhalinin sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Tarix
2019.02.14 / 17:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla