Yuxarı

Naxçıvan birinci oldu: Talıbov vəd verdi - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sahibkarlarla görüş keçirib.

Axar.az xəbər verir ki, görüşdə çıxış edən V.Talıbov ölkədə yaradılan əlverişli biznes mühitin və özəl sektora göstərilən diqqətin sahibkarlığın inkişafı üçün geniş imkanlar açdığını bildirib.

Ali Məclisin sədri deyib ki, Naxçıvanda ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi artaraq 88 faizi ötüb. Hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir.

Qeyd olunub ki, aqrar sahədə sahibkarlar torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azaddırlar. Onlara güzəştli şərtlərlə texnika və avadanlıqlar, kreditlər, subsidiyalar, gübrə verilir, mütərəqqi suvarma sistemləri qurulur.

"Düşünürük ki, sahibkarlığın inkişafının bir yolu da ailə təsərrüfatlarının fəaliyyətini dəstəkləməkdən keçir. Çünki ailə təsərrüfatları həm yerli istehsalın həcminin artmasına və özünüməşğulluğun təmin olunmasına, həm də kiçik və orta sahibkarlığın inkişafına böyük təkan verir. Ona görə də mühüm iqtisadi və sosial əhəmiyyəti nəzərə alınaraq 2019-cu il muxtar respublikada "Ailə təsərrüfatları ili” elan olunub, bu sahənin inkişafı ilə bağlı Tədbirlər Planı təsdiq edilib”.

Ali Məclisin sədri deyib: "Sahibkarlığın inkişafının dəstəklənməsinin və yaradılan şəraitin nəticəsidir ki, Azərbaycan prezidentinin ilk sədri olduğu "Caspian European Club”un 2018-ci ildə ölkəmizin 10 iqtisadi regionu üzrə hazırladığı illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikası 18 parametr üzrə ən yüksək bal toplayaraq ikinci dəfə lider olub.

Sahibkarlığın inkişafında məqsəd ondan ibarətdir ki, daha çox məhsul istehsal olunsun, daha çox yeni iş yerləri açılsın, sahibkarlıq subyektlərinin ixrac imkanları artsın, ailə təsərrüfatları genişlənsin. Bunun üçün muxtar respublikada hər cür imkan və şərait yaradılıb. Qalır təşəbbüs göstərmək, fəaliyyəti genişləndirmək, rəqabətədavamlı məhsul istehsal etmək və ölkəmizin ümumi inkişafına töhfə vermək”.

Görüşdə "Caspian European Club”un 2018-ci il üçün Azərbaycanın iqtisadi regionlarının 18 parametr üzrə hazırlanmış illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ən yüksək ümumi bal toplayaraq ardıcıl ikinci dəfə lider olması ilə bağlı təqdimatı da keçirilib. NMR-da investisiya və biznes mühitinin inkişafına verdiyi xüsusi töhfəyə görə Ali Məclisin sədrinə "Caspian European Club”un mükafatını təqdim edilib.

Tarix
2019.02.17 / 10:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla