Yuxarı

Azərbaycan mühüm nailiyyətlər əldə edib - Hololey

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın yerləşdiyi coğrafi məkan nəqliyyat sahəsində bir çox üstünlüklər yaradır.

Axar.az xəbər verir ki, bu sözləri Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə (MOVE) Baş Direktorluğunun rəhbəri Henrik Hololey fevralın 19-da keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanda olduğu müddətdə bir sıra qurumların fəaliyyəti ilə tanış olub, görüşlər keçirib. Bu müddətdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, dəmir yolu nəqliyyatının, "Azərbaycan Hava Yolları" və "Azəraeronaviqasiya"nın fəaliyyəti ilə tanış olub:

“Azərbaycanın aviasiya sahəsində imkanları ilə tanış oldum, bu istiqamətdə görülən mühüm işləri yaxından izlədim”.

H.Hololey qeyd edib ki, Azərbaycan mühüm nəqliyyat dəhlizlərinin üzərində yerləşir:

“Bu imkan verir ki, Avropa ilə Asiya arasında yük və sərnişin daşınmasında Azərbaycan böyük paya sahib olsun. Həmin imkanların genişləndirilməsi üçün Avropa Komissiyası öz dəstəyini göstərməyə hazırdır”.

“Bakıda keçirilən Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclasında bir sıra məsəsələr barədə müzakirə aparılıb. Vahid Aviasiya Məkanı üzrə Saziş layihəsinin müzakirəsinin də müsbət nəticələnəcəyinə ümid edirəm. Azərbaycan bu sahədə mühüm nailiyyətlər əldə edib”, - deyə H.Hololey vurğulayıb.

Tarix
2019.02.19 / 20:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla