Yuxarı

Məmmədyarov Şamil Ayrımla görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, görüşdə Ş.Ayrım ölkəmizə səfəri çərçivəsində keçirdikləri görüşləri, xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduqlarını məmnunluqla qeyd edib və aparılmış fikir mübadiləsini yüksək dəyərləndirib.

Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin daha da inkişafına, öz növbəsində, parlamentlərarası dostluq qruplarının töhfə verəcəklərini söyləyən Türkiyə millət vəkili dostluq qrupları arasında səfər mübadilələrinin və təmasların artırılmasının əhəmiyyətini qeyd edib.

E.Məmmədyarov iki qardaş ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da irəli aparılması baxımından parlament ölçüsünün əhəmiyyətini, xüsusilə də parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib və parlamentarilər arasında müvafiq beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın önəmini bildirib.

Tərəflər qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tarix
2019.02.19 / 21:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla