Yuxarı

Tanınmış ekspertlərimiz beynəlxalq konfransda - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

19- 20 fevral tarixlərində BMT-nin Mərkəzi Asiya üzrə nümayəndəliyi və Özbəkistan Xarici İşlər Nazirliyi tərəfindən “Mərkəzi Asiyada asıllılıq: çağırışlar və yeni imkanlar” adlı beynəlxalq konfrans keçirilir.

Axar.az xəbər verir ki, Daşkənddə keçirilən foruma dünyanın 100-dən çox dövlətinin analitik mərkəzlərinin məşhur ekspertləri qatılıb. Ekspertlər regional əməkdaşlığın hazırkı vəziyyətini, təhlükəsizlik, ticarət, nəqliyyat, təhsil və elm kimi sahələrdəki məsələləri müzakirə edirlər. Eyni zamanda, konfransın işində Avropa Birliyi, Amerika Dövlətləri Təşkilatı, Arktika Konsultasiya Şurası, Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı, Avropa İnvestisiya Bankı kimi regional və beynəlxalq institutlar da iştirak edir.

Azərbaycan heyətinə Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası nəzdində Siyasi tədqiqatlar mərkəzinin direktoru Elman Nəsirov, fəlsəfə doktoru, Baku Network Ekspert Şurasının rəhbəri Elxan Ələsgərov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi, politoloq Tofiq Abbasov, Sputnik Azərbaycan mətbuat mərkəzinin başçısı, Cənubi Qafqaz Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov iştirak edirlər. Azərbaycanlı ekspertlər öz çıxışlarında regiondakı proseslərə, Dağlıq Qarabağ münaqişəsinin bölgədəki əməkdaşlıq mühitinə vurduğu zərbəyə, Azərbaycanın beynəlxalq proseslərdə oynadığı rola aydınlıq gətirib.

Forumun yekunlarıyla bağlı yerli və xarici KİV nümayəndələri üçün brifinq təşkil olunacaq.

Tarix
2019.02.19 / 22:02
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla