Yuxarı

İlham Əliyev türkiyəli nazirlə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:07

Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Energetika və Təbii sərvətlər naziri Fateh Dönməz ilə görüşü olub.

Axar.az xəbər verir ki, Fateh Dönməz görüşə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.

Cənub Qaz Dəhlizinin əhəmiyyətini xüsusi qeyd edən Fateh Dönməz Türkiyənin bu layihənin ilk mərhələsindən Azərbaycanın yanında olduğunu vurğulayıb. O, Cənub Qaz Dəhlizi layihəsinin icrasının uğurla davam etdirildiyini bildirib. İndiyədək TANAP layihəsinin və STAR neft emalı zavodunun açıldığını xatırladan Fateh Dönməz belə layihələrin gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev Türkiyənin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında yüksək səviyyədə iştirakına görə minnətdarlığını bildirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə imzalanan bu layihənin təməlinin TANAP ilə qoyulduğunu vurğulayan dövlət başçısı onun tarixi əhəmiyyətini qeyd edib, TANAP-ın rəsmi açılışını xatırladıb. Dövlət başçısı Türkiyə ilə birlikdə bu layihənin qısa müddətdə başa çatdırılmasının böyük nailiyyət olduğunu vurğulayıb.

Türkiyə-Azərbaycan əməkdaşlığının bütün sahələrdə, o cümlədən enerji sahəsində də böyük nəticələrə gətirib çıxardığını qeyd edən Prezident İlham Əliyev məmnunluqla bildirib ki, indiyədək 1 milyard kubmetrdən çox qaz yeni xətt vasitəsilə Türkiyəyə çatdırılıb. STAR neft emalı zavodunun fəaliyyətə başlamasının önəmini vurğulayan Prezident İlham Əliyev bildirib ki, bir neçə milyard dollarlıq sərmayə bu gün artıq nəticə verir.

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin başa çatdırılması üzrə işlərin uğurla davam etdirildiyini söyləyib.

Dövlət başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

Tarix
2019.02.20 / 15:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla