Yuxarı

Bu halda Trampı heç nə saxlamayacaq – Araşdırma bitdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xüsusu prokuror Robert Müller və komandası 2017-ci il mayın 17-dən bəri Rusiyanın ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxiləsini və Donald Trampın seçki qərargahının Rusiya ilə əlaqələrini araşdırır. Artıq məlumdur ki, Trampın yaxın çevrəsinin (oğlu da daxil olmaqla) seçkidən əvvəl və sonra Rusiya təmsilçiləri ilə 100-dən çox kontaktı olub. Bu, normal deyil.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib. O bildirib ki, Müller təhqiqatını tamamlamaq üzrədir:

“Artıq gələn həftə onun öz araşdırmasının nəticələrini ədliyyə nazirinə təqdim edəcəyi gözlənilir. Müller gizli razılıq və sövdələşmə barədə sübutlar ortaya qoya bilməsə, Trampın qabağında dayanmaq mümkün olmayacaq. Bu halda o, xalqa deyəcək ki, 2 ilə yaxın məni araşdırdılar, heç nə tapa bilmədilər, tərtəmizəm, üstəlik, bu müddətdə mənə mane oldular, işləməyə qoymadılar və sizin ödədiyiniz milyonlarla dollar vergi boşuna bu iş üçün xərcləndi. Belə bir vəziyyət Trampın 2020-ci il seçkiləri üçün şansını artıracaq”.

Politoloq qeyd edib ki, sübutların ortaya qoyulması halında isə işin rəngi dəyişəcək:

“Demokratlar Trampın kənarlaşdırılması məsələsini gündəmə gətirəcəklər və Nümayəndələr Palatasında bu barədə qərarın qəbul olunması ehtimalı böyükdür. Senatda respublikaçı çoxluq öz prezidentini qoruya bilər, lakin impiçment baş tutmasa belə, demokratların əlinə güclü arqument keçəcək ki, bundan istifadə edib, Trampın nüfuzunu sarsıtsınlar. Düzdür, Trampın seçiciləri arasında, nə olursa olsun, onu hər şəraitdə dəstəkləyəcək insanlar az deyil, amma istənilən halda, xarici dövlətlə gizli sövdələşməyə getmiş siyasətçinin gələcəyi parlaq ola bilməz”.

Politoloq sonda həm Müller, həm də Trampın alman-şotland qanı daşıdığını qeyd edib.

Tarix
2019.02.21 / 07:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla