Yuxarı

Kremlin Krımla bağlı siyasəti iflasa uğradı - Politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kreml heç bir halda Krımı geri qaytarmayacaq.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Siyasi şərhçinin sözlərinə görə, Rusiyanın Krımın ilhaqına haqq qazandıması qərarı beynəlxalq aləmə, bölgəyə, eləcə də Rusiyaya bir sıra çətinliklər gətirib:

“Birincisi, 2014-cü ilə qədər Rusiya-Ukrayna münasibətləri gərginləşdi. Bundan sonra Ukraynada prezident dəyişsə də, Krımın işğalına görə Kiyevin Moskva ilə əvvəlki isti münasibətlərini bərpa edəcəyi problematikdir.

İkincisi, Krımın işğalı davam etdikcə, Qərbin Rusiyaya qarşı sanksiyaları aradan qaldırılmayacaq. Aydındır ki, Kreml heç bir halda Krımı geri qaytarmayacaq. Demək, Rusiyaya qarşı sanksiyalar da davam edəcək. Sanksiyaların davamı isə Moskvanı Qərblə normal münasibətlərdən məhrum etməklə yanaşı, Rusiya iqtisadiyyatına da mənfi təsir edir.

Üçüncüsü, Krımın ilhaqı olmasaydı, bu gün beynəlxalq terrorizmə qarşı mübarizədə vahid mərkəz formalaşa bilərdi. Belə ki, ABŞ Rusiya ilə indiki qədər münaqişə içərisində olmayacaqdı və iki dövlət soyuq müharibə illərində olduğu kimi bir-birini uzaq mənzilli raketlərlə hədələməyəcəkdi.

Krımın işğalı sübut etdi ki, Rusiyanın siyasətində separatizmə dəstək davam edəcək. Kremlin Krımı dünyaya Rusiyanın ərazisi kimi tanıtdırması siyasəti 5 ildə iflasa uğradı”.

Tarix
2019.02.21 / 18:33
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla