Yuxarı

Obyektiv olun, ayrı-seçkiliyə yol verməyin - Deputat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT Parlament Assambleyasının (ATƏT PA) 18-ci qış sessiyası çərçivəsində assambleyanın üç ümumi komitəsinin birgə iclası keçirilib.

Axar.az xəbər verir ki, daimi komitənin iclasında ATƏT PA-nın rəhbər strukturlarının başçıları hesabatla çıxış ediblər, parlamentarilər aktual mövzularla bağlı fikir mübadiləsi aparıblar.

ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev çıxışında assambleyanın obyektiv olmasının və ayrı-seçkiliyə yol verməməsinin vacibliyini bildirib və bu prinsiplərə əməl edilməsində baş katib Roberto Montellonun rolunu yüksək qiymətləndirib. O, son illər ATƏT PA-nın münaqişələrin həlli istiqamətində göstərdiyi prinsipial mövqeyin formalaşmasında beynəlxalq katibliyin göstərdiyi səyləri də qeyd edib. Sonda Azay Quliyev Roberto Montellonun növbəti 5 illiyə mandatının uzadılmasının vacibliyini bildirib və bu təklifi dəstəkləyib.

Həmçinin qeyd edilib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) mövcud metodologiyasına yenidən baxılmalı və ziddiyyətlər aradan qaldırılmalıdır. Bunun üçün büro və beynəlxalq katiblik müvafiq danışıqlara başlamalıdır.

Qeyd edək ki, ATƏT PA-nın qış sessiyası fevralın 22-dək davam edəcək.

Tarix
2019.02.21 / 19:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla