Yuxarı

Nikol-Putin əlaqəsi və Münhendə şok imtina – Sensasiya

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həmsədrlər yüz neçənci dəfədir regiona gəlirlər. Onların səfəri təkcə ictimaiyyətdə yox, həm də jurnalistlərdə heç bir maraq yaratmayıb.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov paylaşıb.

“Bu gün hər kəsə bəllidir ki, həmsədrlərin səfərləri regionda baş verən proseslərə heç bir təsir göstərməyən rituala çevrilib. Regionda ciddi nəyinsə baş verdiyi isə hər kəsə aydındır. Bu isə ilk növbədə Ermənistandakı situasiya ilə bağlıdır. Rusiyanın Ermənistana qırıcıları satmağa hazırlaşması informasiyası peyda olana qədər bir çox analitiklər, o cümlədən mən Rusiya və Ermənistan arasında münasibətlərdə artan böhrandan danışırdıq. Lakin təyyarələrin tədarükü xəbəri hər bir halda Ermənistan-Rusiya münasibətlərinin böhran vəziyyətindən çıxması barədə illüziya yaratdı. Bəs əslində necədir?

Əminəm ki, bu belə deyil. Sübut kimi Robert Köçəryanın həbsxanada qalmasıyla bağlı situasiyanın davam etməsini misal gətirə bilərəm. Çox güclü şəkildə Vladimir Putinlə Robert Köçəryan arasında hansısa şəxsi dostluq münasibətlərinin olması barədə fikirlər yayılsa da, əmin şəkildə vurğulamaq olar ki, burada məsələ təkcə şəxsi qarşılıqlı münasibətlərdə deyil. Məsələ odur ki, Köçəryan Rusiya siyasətinin Ermənistanda peşəkar drijoru olub”, – deyə o bildirib.

O, Köçəryanın heç zaman Rusiya xüsusi xidmət orqanları ilə əlaqələrini gizlətmədiyini və indi onunla bağlı yaranan situasiyanın “Saakaşvili-Georqadze” böhranına bənzəməyə başladığını deyib:

“Peşəkarlıqdan söhbət gedərkən, Köçəryanın heç vaxt xüsusi şəkildə SSRİ və Rusiya xüsusi xidmət orqanları ilə qarşılıqlı münasibətlərini gizlətməməsi nəzərdə tutulur. Məsələn, o, tez-tez ictimai şəkildə dalğıclıq ehtirası barədə danışır, bu zaman isə belə sualtı üzmək bacarıqlarına Novorosiyskdə yiyələndiyini xatırladırdı. Çoxları bilir ki, məhz bu ərazi sovet dövründə dalğıcların hazırlanması mərkəzi olub. Ona görə də Putinin Köçəryan barədə qayğısı güclü şəkildə Mixail Saakaşvilini rədd edən Georqadzeyə qarşı göstərilən qayğını xatırladır. Saakaşvilinin memuarlarından bəlli olan bu hadisə bəlkə də Gürcüstanın 2000-ci illərin əvvəllərində Rusiyadan ayrılması üçün bəhanə oldu. Bu gün artıq Nikol Paşinyan praktik olaraq Putinin Köçəryanı heç olmasa ev dustaqlığına buraxmaq barədə ictimai xahişinə cavab olaraq onu həbsdə saxlayır, eləcə də mütəmadi olaraq Serj Sərkisyanı həbs edəcəyi ilə təhdid edir. Belə nümayişkəranə itaətsizlik reaksiyasız qala bilməz”.

Zülfüqarov həmçinin Paşinyanın indiki şəraitdə Kremlin imicinə vurduğu ziyanın Moskva tərəfindən cavabsız qoyulmayacağını söyləyib:

“Digər tərəfdən isə Vladimir Putinin siyasi imicinə vurulan hər bir zərbə praktik olaraq unudulmur. Buna bənzər situasiya bir neçə gün əvvəl Ermənistan xarici işlər nazirinin faktiki olaraq Münhen konfransı çərçivəsində Rusiya-Ermənistan-Azərbaycan üçtərəfli görüşündən imtina etməsi oldu. Rusiya diplomatiyası ənənəvi olaraq böyük çoxtərəfli siyasi tədbirlər zamanı bu formatda görüşləri təşkil etməklə özünün Cənubi Qafqaz konflikti və xüsusilə də Ermənistan-Azərbaycan konfliktində özəl rolu barədə xüsusi vurğu yaratmağa çalışır. Rusiyanın rolunun əsasən tənqidinə həsr olunan Münhen konfransının hazırkı şəraitində pozitiv informasiya impulsunun veriləcəyi belə görüşün keçirilməsi yerində olardı. Özünün həmkarları ilə “Edik, imzala!” replikası səviyyəsində ünsiyyət quran Sergey Lavrov gözlənilmədən rədd cavabı alır. Əminliklə təsdiqləmək olar ki, Mnatsakanyan Lavrovla ikitərəfli görüşü zamanı kifayət qədər səmimi olaraq “buna Paşinyan icazə verməyib” sözlərini deyib. Biz görürük ki, göstərilən nümunələr Paşinyan və Rusiyanın rəhbərlərinin tərəfdaş ola bilməyəcəklərini göstərir. Buna görə də qırıcıların verilməsi və Suriyaya erməni kontingentinin göndərilməsinin Rusiya-Ermənistan münasibətlərindəki problemləri həll edəcəyini demək çox tezdir. Ona görə də həmsədrlərin səfərinə qayıtsaq, əminliklə təsdiqləyə bilərik ki, yaxın aylarda regiondakı hadisələrin aparıcı qüvvəsi həmsədrlərin çoxmənalı və sirli ritorikası yox, yuxarıda qeyd olunan tendensiyalar olacaq”.

Tarix
2019.02.22 / 16:42
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla