Yuxarı

Zaxarovadan azərbaycanlı jurnalistə: Dayanın, nə dəxli var?!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın ənənəvi brifinqində azərbaycanlı jurnalist bu şəhərdə “Lazarev klubu” forumunun keçirilməsi barədə məlumat verib və bildirib ki, həmin tədbirdə Azərbaycanın işğal olunmuş ərazilərindən gəlmiş separatçıların təmsilçiləri iştirak edəcəklər.

Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, azərbaycanlı jurnalist Zaxarovaya ünvanladığı sualında Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun həmsədri olduğunu xatırladıb və forumda separatçıların iştirakını yolverilməz hesab etdiyini bildirib.

Buna cavab olaraq Mariya Zaxarova deyib:

“Dayanın. Rusiyanın həmsədrliyinin buna nə dəxli var? Bu məsələləri sualınızda necə uzlaşdırırsınız? Görürsünüzmü, siz özünüz sualınızda elə şeyləri birləşdirirsiniz ki, bunları birləşdirmək lazım deyil. Şübhəsiz ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir və rəsmi səviyyədə üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Eyni zamanda, Moskvada yüzlərlə müxtəlif mövzulu forumlar keçirilir. Əgər sizdə məlumat varsa ki, burada hansısa tərzdə rəsmi şəxslər iştirak edir, zəhmət olmasa, mənə bu məlumatı təqdim edin, aydınlaşdıraram. Məndə belə məlumat yoxdur”.

Rusiya XİN-in rəsmi nümayəndəsi əlavə edib ki, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti tərəfindən tədbirlərin təşkil etməsi Rusiya qanunvericiliyində təsbit olunmuş məsələdir.

Tarix
2019.02.23 / 01:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla