Yuxarı

Paşinyanı sevən azərbaycanlılar - Onlar kimdir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran, nəhayət ki, Qarabağla bağlı mövqeyini “daha səmimi” şəkildə ortaya qoydu. Paşinyanın Tehranın “Ararat” klubunda erməni icması ilə görüşündə “Qarabağ Ermənistandır və Son” yazılı plakat açılmasını deyirəm.

Yəqin ki, bundan sonra ölkəmizdəki İran sevdalıları da öz mövqeyini ortaya qoyacaq. Dinin təsirinə düşüb İranı “müqəddəs məbəd” hesab edən azərbaycanlıların çox faciəli bir yuxuda olması dəqiqdir.

Dəqiq olan bir şey də var: o plakat İran hökumətindən xəbərsiz açılmayıb.

Yəqin, bundan sonra ölkəmizdəki İran aşiqləri başa düşdülər ki, müqəddəs bildikləri bu ölkə işğalçılara haqq qazandırır, onları dəstəkləyir.

Yoldaşlar, artıq anlayın, İran sizi din qardaşı saymır. Ümumiyyətlə, bizim regionda din yoxdur, ölkələrin maraqları var. İbadətinizi edin, peyğəmbərinizi sevin, amma başa düşün ki, İranın “din təəssübkeşliyi” saxtadır. Molla rejimi sizə oyuncaq kimi baxır, sizi əlində maşa bilir. İllah ki, bir yerə sığınmaqdan ötrü alışıb yanırsınızsa, ermənini dəstəkləyən yalançı molla rejiminə yox, Allaha sığının.

Hazırda plakat məsələsi son dərəcədə əhəmiyyətlidir. Bir neçə gün əvvəl “Beşiktaş” azarkeşlərinin hazırladığı plakat stadiona buraxılmamışdı. Səbəb isə plakatın üzərində Çe Gevaranın “Zəfərə qədər” ifadəsinin yer alması idi.

Adi bir şüar idi və heç bir siyasi məqsəd daşımırdı, lakin qadağan edildi.

İran isə öz “din qardaşlarının” – Xocalı sakinlərinin amansızlıqla qətlə yetirildiyi, zorlandığı bir tarixdə bu soyqırımı törədənlərə haqq qazandırdı.

Gürcüstanın erməni terrorçuya abidə qoymasından sonra İranın erməni işğalına haqq qazandıran “abidə” sərgiləməsi qonşularımız haqda dolğun təsəvvür yaradır.

Sonda fikrimi bir mahnının kiçik təhrifi ilə bitirirəm: “İran aşiqlərinin qəlbi Paşinyana bağlıdır”.

Tarix
2019.02.28 / 14:53
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla