Yuxarı

Bakıdan Rusiyaya tələb: Öhdəliklərinə əməl et!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbəti dəfə Rusiya tərəfini ikitərəfli münasibətlər çərçivəsində üzərinə götürdüyü öhdəliklərin, o cümlədən 1997-ci ildə bağlanmış Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə müddəalarının əməl olunmasını təmin etməyə çağırırıq. Məlum olduğu kimi, həmin müqavilədə xüsusilə təsbit edilib ki, tərəflər separatçı hərəkatları dəstəkləməməyi öhdələrinə götürür və digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş ayrı-ayrı şəxslərin fəaliyyətini qadağan edir və qarşısını alır.

Bu sözləri Axar.az-a Moskvada keçirilmiş Rusiya-Ermənistan “Lazarev klubu”nun ikinci iclasına münasibət bildirın AR XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib. O bildirib ki, adı yuxarıda çəkilən klubun ilk iclasına Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin nümayəndələrinin dəvət olunması, eləcə də həmin ilk iclas çərçivəsində səsləndirilmiş Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə açıq şəkildə qəsd edən ifadələrlə əlaqədar Azərbaycan Respublikasının XİN-i Rusiya Federasiyasının XİN-nə öz narazılığı və hiddətini çatdırıb:

“Lazarev klubu”nun ikinci iclası ərəfəsində KİV müxbirinin indiki iclasa da Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərindəki qondarma rejimin liderlərinin dəvət edilməsinə dair RF XİN-in mövqeyi barədə sualına Rusiya XİN-in rəsmi sözçüsü tərəfindən qeyd edildi ki, burada söhbət vətəndaş cəmiyyəti və qeyri-hökumət qurumlarının tədbirindən gedir, RF dövlət orqanları nümayəndələrinin bu tədbirdə iştirakına dair məlumat yoxdur. Eyni zamanda, onun tərəfindən deyildi ki, RF ATƏT-in Minsk Qrupunun həmsədri olaraq üzərinə götürdüyü bütün öhdəliklərini yerinə yetirir. Bununla bağlı Rusiya tərəfinin diqqətinə çatdırırıq ki, cari ilin 5 mart tarixindəki sözügedən iclasda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələri ilə yanaşı, Rusiya dövlət orqanlarının yüksək vəzifəli rəsmilərinin də iştirakına dair konkret məlumatın mövcud olduğu bir halda, bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı ilə müəyyən edilmiş həmsədr ölkəsinin öhdəlikləri ilə kəskin şəkildə ziddiyyət təşkil edir. Qeyd etdiyimiz mandatda aydın şəkildə göstərilir ki, “həmsədrlər öz fəaliyyətində ATƏT-in prinsip və normaları, BMT Nizamnaməsi, 24 mart 1992-ci il tarixli Nazirlər Şurasının qərarı daxil olmaqla, ATƏT forumlarının qərarları və o cümlədən, Budapeşt sammitinin qərarı, həmçinin BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini rəhbər tutacaqlar”.

Qeyd edək ki, KİV-in yaydığı məlumata əsasən, cari ilin 5-6 mart tarixlərində Moskvada Rusiya-Ermənistan “Lazarev klubu”nun ikinci iclası keçirilib. Orada tədbir iştirakçılarına Rusiya Federasiyası Prezidentinin salamlama müraciətini çatdıran RF Prezidentinin müşaviri S.Qlazyevin, habelə Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsi sədrinin birinci müavini K.Zatulinin timsalında RF-nin icra və qanunverici hakimiyyətinin rəsmi nümayəndələri iştirak ediblər.

Tarix
2019.03.07 / 16:08
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla