Yuxarı

Azərbaycanın dostuna fəxri nişan təqdim edildi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü ilə Brüsseldə Avropa Parlamentinin müdafiə və təhlükəsizlik üzrə altkomitəsinin sədri Anna Fotiqaya onun Azərbaycan-Polşa münasibətlərinin inkişafına verdiyi töhfəyə, həmçinin Avropa Parlamentində beynəlxalq hüquq və təhlükəsizliyin müdafiəsi istiqamətində fəaliyyətinə görə fəxri nişan təqdim edilib.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, nişanın üzərində azərbaycanlı hərbçi, Polşa Ordusunun zabiti, Polşa Milli Ordusunun polkovniki Vəli bəy Yadigar və polyak hərbçi, Azərbaycan Milli Ordusunun generalı Maçey Sulkeviçin təsvirləri əks olunub.

Fəxri nişanı təqdim edən Avropa İttifaqı yanında Nümayəndəliyin rəhbəri Fuad İsgəndərov xanım Fotiqaya Azərbaycanın Polşa və Avropa İttifaqı ilə münasibətlərinin inkişafına verdiyi töhfəyə görə dərin təşəkkürünü bildirib, siyasi fəaliyyətdə ona uğurlar arzulayıb.

Nişanı məmnuniyyətlə qəbul edən A.Fotiqa onun fəaliyyətinə Azərbaycanın Polşadakı səfirliyi tərəfindən verilən yüksək qiymətə görə dərin təşəkkürünü bildirib, iki ölkə arasında tarixi əlaqələri vurğulayaraq, həm bu münasibətlərə, həm də Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişləndirilməsinə hərtərəfli dəstək verməyə hazır olduğunu deyib.

Tarix
2019.03.07 / 22:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla