Yuxarı

Paşinyan Qarabağın işğalını etiraf etdi – Millət vəkili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağda Ermənistanın yeni hakimiyyəti Təhlükəsizlik Şurasının iclasını keçirməklə diplomatik baxımdan kifayət qədər kobud səhvə yol verdi.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Təhlükəsizlik Şurasının iclasının ilk dəfə olaraq Xankəndidə keçirilməsinə münasibət bildirən millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, Ermənistan bu addımla Qarabağın işğalının siyasi etirafını bəyan etmiş oldu:

“Burada məqsəd Qarabağ ermənilərində heç vaxt Azərbaycan torpaqlarını geri qaytarmayacaqlarına dair inam yaratmaq idi. Bu, həm də Azərbaycanda pessimizm yaratmaq niyyəti daşıyırdı. Ermənilər işğal olunmuş bütün Azərbaycan ərazilərində yollar salıb, evlər tikir, qəsəbələr inşa etməklə bizi ruhdan salmağa çalışırlar. Görünür, himayədarları onlara təminat verir ki, Azərbaycan psixoloji cəhətdən yenidən dirçələ bilməyəcək. Bunlar gözlənilən, proqnozlaşdırılan davranışlardır, ona görə də yenidən dirçəlişin istiqamətlərini doğru təyin etməkdən başqa alternativimiz qalmayıb. Bu halda isə ən isabətli yol bütün sahələrdə ölkənin güclənməsi üçün düşüncələrimizi paylaşmaqdır”.

Deputat qeyd edib ki, dövlətin moderatorluğu altında siyasi qüvvələrin, ictimai güc və düşüncə adamlarının problemləri açıq müzakirəsinə ehtiyac var:

“İllərdir siyasətdə olsam da, dövlət adına hələ kimsə soruşmayıb ki, sənin Qarabağla bağlı düşüncən, təklifin nədir? Əminəm ki, mənim kimi yüzlərlə azərbaycanlıdan da bu sual soruşulmayıb. Ona görə müzakirələrə zərurət var ki, Qarabağın taleyi, ölkənin gələcəyi ilə bağlı bu dövlətin, bu vətənin və millətin məsuliyyətini daşıyan insanlar düşüncələrini ortaya qoysunlar”.

Millət vəkili buna görə də birinci, təhsildən, ikinci isə səhiyyədən başlamağı zəruri bilib:

“Finlandiya, İsrail və İrlandiyanın inkişaf modeli əsasında məhz bu sahələrdəki etiraf və dəyişim təməl rolunu oynayıb. Ən azı irəlidəki yarım əsrdə fin, yəhudi, irland kimi düşünən azərbaycanlıya çevrilməyi bacarmasaq, Dədə Qorqud babamızın dövründən qalmış sapand daşını bugünkü fələstinli dindaşlarımız kimi havaya fırlamaqla başımızı girləyəcəyik. Bəs ermənilər növbəti təhlükəsizlik yığıncağını Şuşada keçirsələr nə olacaq? Əgər özümüzə aid olan zəruri addımları atmağa tələsmiriksə, bizim üçün onların bayram və iclaslarını harada keçirmələri fərq edərmi?”

Tarix
2019.03.13 / 14:39
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla