Yuxarı

İlham Əliyev Caferoviçlə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç ilə görüşü olub.

Axar.az xəbər verir ki, görüşdə VII Qlobal Bakı Forumunda iştirak etdiyinə görə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Çeferoviçə təşəkkürünü bildirən Prezident İlham Əliyev bu səfərin ikitərəfli əlaqələrin müzakirə edilməsi baxımından çox yaxşı bir fürsət olduğunu deyib. Dövlət başçısı ölkələrimiz arasında siyasi əlaqələrin dinamik inkişaf etdiyini vurğulayıb.

Foruma dəvətə görə minnətdarlığını ifadə edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç dost ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və qarşılıqlı maraq əsasında inkişaf etdirildiyini bildirib. Azərbaycanın Bosniya və Herseqovinaya verdiyi dəstəyi və ikitərəfli əməkdaşlığı, eləcə də Azərbaycanın bu ölkədə həyata keçirdiyi humanitar layihələri yüksək qiymətləndirib. Bosniya parlamentinin üzvü olan zaman Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, Xocalı soyqırımının qınanması ilə əlaqədar sənədin qəbul olunmasında şəxsən iştirak etdiyini deyən Rəyasət Heyətinin üzvü Prezident İlham Əliyevi Bosniya və Herseqovinaya rəsmi səfərə dəvət edib.

Dövlət başçısı dost ölkə olan Bosniya və Herseqovinanın parlamentində Xocalı soyqırımı ilə əlaqədar qətnamənin qəbul edilməsinə görə təşəkkürünü bildirib. Hələ keçən əsrin 70-ci illərində Bakı və Sarayevonun qardaşlaşmış şəhərlər olduğunu deyən Prezident İlham Əliyev şəhərlər arasında əməkdaşlığın, insanlararası təmasların və mədəni-humanitar əlaqələrin inkişafının vacibliyini qeyd edib.

Tarix
2019.03.14 / 16:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla