Yuxarı

İlham Əliyev Dodonla görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Moldova Prezidenti İqor Dodon ilə görüşüb.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyev VII Bakı Qlobal Forumunda iştirak etdiyinə görə Moldova Prezidenti İqor Dodona təşəkkürünü bildirib. Dövlət başçısı deyib ki, VII Qlobal Bakı Forumu beynəlxalq və regional məsələlərin müzakirəsi baxımından çox mühüm və önəmli bir platformadır. Eyni zamanda, bu Forum bizə ikitərəfli əlaqələrimizin inkişaf perspektivlərini müzakirə etmək üçün imkan yaradır. Prezident İlham Əliyev Moldova Prezidentini seçkilərdə əldə etdiyi qələbə münasibətilə təbrik edib.

Moldova Prezidenti İqor Dodon VII Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə təşəkkür edib. Bildirib ki, bu Forum beynəlxalq və regional məsələlərin müzakirəsi baxımından vacib platformadır.

Görüşdə müxtəlif sahələr üzrə ikitərəfli əlaqələrin inkişafına dair ətraflı fikir mübadiləsi aparılıb. Həmçinin hökumətlərarası müştərək komissiyanın ölkələrimiz arasında iqtisadi, ticarət əlaqələrinin inkişafı baxımından vacib əhəmiyyəti vurğulanıb. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyi və bir-birinə dəstək göstərdiyi qeyd olunub.

Tarix
2019.03.14 / 17:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla