Yuxarı

Bu zavod 800 milyon gəlir gətirəcək – Baş nazir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu zavod 800 milyon gəlir gətirəcək – Baş nazir

12:41

Ötən il Türkiyədə əsası qoyulan “STAR” neft emalı zavodu illik 10 milyon ton neft emal edəcək.

Axar.az xəbər verir ki, bu sözləri Baş nazir Novruz Məmmədov Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.

Baş nazir bildirib ki, bu zavod ilk 5 il müddətində Azərbaycana 800 milyon, sonrakı müddətdə hər il 600 milyon ABŞ dolları gəlir gətirəcək.

N.Məmmədov qeyd edib ki, ötən il Silahlı Qüvvələrin ən yeni hərbi texnika, o cümlədən, yüksək dəqiqliliyə malik raket sistemləri, pilotsuz uçan aparatlarının radioelektron qurğularla təchiz edilməsi diqqət mərkəzində olub.

Onun sözlərinə görə, Silahlı Qüvvələrin keçən il Naxçıvanda aparılan uğurlu əməliyyat nəticəsində Günnüt yaşayış məntəqəsi işğaldan azad edilib.

Baş nazir ələvə edib ki, ötən il Azərbaycanın müdafiə sənayesi müəssisələrində 1200 növə qədər 250 milyon manat dəyərində məhsul istehsal edilərək sifarişçilərə çatdırılıb. Bu müəssisələrdə istehsal olunan 120 milyon manatlıq məhsul ixrac edilib.

Novruz Məmmədov qeyd edib ki, keçən il cəmiyyətin müxtəlif təbəqələri tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 8,4 milyon manat pul köçürülüb, fonddakı vəsaitlərin ümumi həcmi 96,8 milyon manata çatıb.

“Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təmin edilməsi, habelə şəxsin heyətin döyüş əhvalının hansı səviyyədə olduğunu 2018-ci ildə Bakıda keçirilən iki hərbi paradda nümayiş etdirilib”, - baş nazir bildirib.

Tarix
2019.03.15 / 13:18
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla