Yuxarı

Zaxarova yenə Bakını “hədəf” seçdi: Bizə cavab verməyib!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva hələ də Bakıdan Rusiya Xarici İşlər Nazirliyinin erməni əsilli rusiyalılarla bağlı bəyanatına cavab almayıb.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Konsultasiyalara gəlincə, Rusiya tərəfi dəfələrlə azərbaycanlı həmkarlarına yaranan situasiya ilə bağlı narahatlığını çatdırıb. Təəssüf ki, cavab daxil olmayıb”, – deyə o bildirib.

Zaxarova Bakıda rəsmi cavab almasa da, Azərbaycan tərəfinin qeyri-rəsmi reaksiyalarının olduğunu deyib:

“Mətbuatda analoji problemlərin Azərbaycan əsilli Rusiya vətəndaşlarına qarşı olmasıyla bağlı şərhlər və müsahibələr görmüşəm. Mən şəxsən məşhur insanlardan birinin müsahibəsini oxudum və həddən artıq təəccübləndim. Bu müsahibədə Rusiya XİN-in niyə belə hallarla maraqlanmadığına işarə də var. Əgər belə faktlar varsa, bu bizə bəlli deyil. Xahişimiz odur ki, mövcud hallarla bağlı bizi məlumatlandırsınlar. Biz region və ya ölkədən asılı olmayaraq, reaksiya veririk. Biz konkret hallara reaksiya veririk”.

Qeyd edək ki, bundan öncə Rusiya tərəfi vətəndaşlarına Azərbaycana səfər edərkən bütün mümkün riskləri dəyəndirmələri ilə bağlı xəbərdarlıq edib.

Tarix
2019.03.15 / 17:56
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla